"Həyata keçirilən işlərin əsas mərkəzində infrastruktur layihələrinin yaradılması durur" ÖZƏL-MÜNASİBƏT
“Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında birmənalı olaraq bildirib ki, bizim siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşının hərtərəfli inkişafı onun tək maddiyyatından getmir əksinə, onun mənəvi keyfiyyətlərindən gedir: “İnfrastruktur şəraitinin yaradılaraq insanın daha məmnun və daha rahat şəkildə yaşamasını təmin edən rifah, görülən işlər cənab Prezidentin siyasətinin əsas qayəsidir. Ölkə rəhbərinin diqqəti və qayğısı ilə Azərbaycanın ucqar yerlərində belə ən yüksək səviyyədə infrastruktur layihələri həyata keçirilərək həmin yerlərin abadlaşması, parkların, xiyabanların salınması baş tutub. Bu, bizim dövlətimizin gücü və siyasətidir. Əlbəttə ki, bütün bunlar iqtisadi güc və qüdrətlə bağlıdır. Ümumiyyətlə, Azərbaycanda həyat keçirilən layihələrin qayəsində, əsas mərkəzində məhz infrastruktur layihələrinin yaradılması durur. İnfrastruktur bütün sahələri əhatə edir. Bütün bunlar regionların inkişafı deməkdir.
Pandemiya dönəmində o gün olmadı ki, ölkə başçısı hansısa müəssisələrin, parkların açılışında iştirak etməsin və bölgələrə səfər etməsin. Biz həmin bölgələrdə yeni-yeni infrastruktur layihələrinin, turizm mərkəzlərinin, məktəblərin, yolların açılışının şahidi oldu. Təbii ki, bu addımlar mütəmadi olaraq bu gün də davam edir. Ötən gün Bakının Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verildi və Prezident İlham Əliyev də parkda yaradılan şəraitlə tanış oldu. O parkın açılışında iştirak etmək dövlət başçısı həm də bir mesaj vermiş oldu. Təbii ki, bu addımları çox yüksək qiymətləndirmək lazımdır. Bu gün Azərbaycanda salınan parklar, xiyabanlar, yaşıllıq zonaları və s. ölkə başçısının daim diqqətində duran məsələdir. Bu yaxınlarda cənab Prezident Yasamal rayonu ərazisində qanunsuz zəbt olunmuş torpaq sahəsində yeni meşə zolağının salınması üçün göstəriş verdi. Bu, nəyə xidmət edir? Bu, eyni zamanda, dolayısı yolla bəşəriyyətin ekoloji xilasına xidmət edən amillərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB