“Aclıq aksiyası Arayik Arutyunyanın istefasına qədər davam edəcək” Minas Martirosyan

“Aclıq aksiyası Arayik Arutyunyanın istefasına qədər davam edəcək” Minas Martirosyan

Yazıçı Minas Martirosyan Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Arayik Arutyunyanın istefasını tələb edərək aclıq aksiyası keçirib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, yazıçı öz qərarını Facebook səhifəsində açıqlayıb.

“Bu andan etibarən aclıq aksiyasına başladım və bu, xalqına xəyanət edən Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Arayik Arutyunyanın istefasına qədər davam edəcək...
Uşaqlar sabahkı erməni dövlətçiliyinin yaradıcıları olduqları üçün heç bir uşağın psixikası travma ala bilməz. Arayik kimi insanların bu sadə nümunəni dərk etməsi çətindir və Arayik artıq rahat kresloların rahatlığında çoxdan kor olmuşdur ...
Erməni təhsil ocaqlarında bakirə erməni uşaqlarına cinsi təhsil verildiyini görməkdənsə, "Erməni Kilsəsi tarixi" mövzusunun unudulma muzeyinə necə göndərildiyini görməkdənsə ölmək daha yaxşıdır.
Arayik, növbəti addım istefanızdır və lazım olsa, ömürlük aclıq aksiyasında qalacağam, ancaq siz istefa verəcəksiniz”, deyə Minas Martirosyan öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə