Levon Ter-Petrosyan RF-nın səfiri ilə niyə görüşdü? İLGİNC

Levon Ter-Petrosyan RF-nın səfiri ilə niyə görüşdü? İLGİNC

Ermənistanın birinci prezidenti, erməni milli konqresinin rəhbəri Levon Ter-Petrosyan şəxsi evində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırikinlə görüşüb. SİA erməni KVİ-lərinə istinadən xəbər verir ki, erməni milli konqresinin sədr müavini Levon Zurabyanla yanaşı, RF səfirliyinin üçüncü katibi İqor Ratuşnyakın da iştirak etdiyi görüş zamanı digər maraqlı məqamlara da toxunulub. Belə ki, məhz Ter-Petrosyanın təşəbbüsü ilə keçirilən görüş zamanı o narahatlığını ifadə edərək, bunun səbəbini adının Ermənistanın hazırkı rəhbəri, baş nazir Nikol Paşinyanla eyni çəkilməsi ilə əlaqələndirib. O, Ermənistanın Rusiya ilə strateji partnyor olduğunu deyərək, bir daha inadla bildirib ki, adının Paşinyanla bərabər çəkilməsi onu çox narahat edir.

Ter-Petrosyan inandırıb ki, peşəkar siyasi xadim olaraq Rusiya ilə münasibətləri korlayan hakimiyyətlə hər hansı bir əlaqə qura bilməsi mümkünsüzdür.

Erməni KİV-ləri qeyd edirlər ki, Ter-Petrosyanın RF-nın səfiri ilə görüşü Nikol Paşinyan hakimiyyətinin devrilməsi proqnozlarını mümkün edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə