Artur Osipyan: “Artsax” rəhbərliyi əvvəl-axır izahat verməlidir ki, bizneslərinin çiçəklənməsi üçün xərclənən illik 192 milyon dollar haraya gedir”
Ermənistan rəhbərliyinin bütün dövrlərdə korrupsiya və dövlət büdcəsini talamaq faktları kifayət qədərdir. O da bəllidir ki, istər indiki, istərsə də əvvəlki rəhbərliklər işğal altındakı Qarabağ rejimi ilə də sıx təmaslarda olmaqla, həm özlərinin, həm də rejimin rəhbərliyinin talançılıq əməllərini genişləndiriblər, bu gün də belədir.
Lakin bu arada daha bir məlumat maraq doğurub. Məsələ ondadır ki, Dağlıq Qarabağın işğal altındakı qondarma rejimi, daha dəqiq desək rejimin növbəti saxta “prezidenti” Araik Arutunyanın talançılıq əməlləri ifşa olunub. Bu ifşanı isə ona müxalif olan “İnqilabi Artsax” adlı “partiyanın” sədri Artur Osipyan müəyyən edərək, aşkarlayıb. Məlum olub ki, qondarma “prezident” bank kreditlərini saxta yollarla mənimsəyib, sonra da külli miqdarda pulların “dövlət” tərəfindən ödənilməsi mühitini yaradıb.
“Zəmanət almış bir neçə proqramlar “Artsaxın prezidentinə” – Araik Arutunyana məxsus şirkətlərə verilib”
SİA “Politik”ə istinadən xəbər verir ki, Qondarma “DQR”in (bundan sonrakı dırnaqlar bizimdir-red.) “İnqilabi Artsax Partiyasının” sədri Artur Osipyan “Facebook” sosial şəbəkəsində çıxdığı canlı yayım zamanı “Mənim hüququm” adlı “hərəkat” yaratdığını bəyan edib və bildirib ki, onun məqsədi “Artsaxda” (Qarabağda-red.) “dövlət” vəsaitlərinin necə yuyulmasını aşkarlamaqdan ibarətdir.
“Bu yaxınlarda biz “hökumətə” sorğu göndərmişdik ki, “dövlət büdcəsi” tərəfindən zəmanətə alınmış kreditlər və proqramlar barədə informasiya versinlər. “Qanun” var ki, ona görə “dövlət” ona əsasən bankdan kredit götürmək istəyən şəxsə zəmanət verir. Əgər həmin şəxs kreditini ödəyə bilmirsə, bu zaman həmin məbləğ “dövlət büdcəsi” tərəfindən ödənilir. “Dövlət” öz üzərinə risk götürür ki, bank bu və ya digər şəxsə kredit verə bilsin”, Osipyan bildirib.
Sorğularına əsasən, 49 belə zəmanətlərin mövcud olduğunu deyən Osipyan bəyan edib ki, həmin kreditlərin hansı şirkətlərə hansı proqramlar vasitəsi ilə verilməsi sorğusuna cavab verilməyib və sirr olaraq saxlanılıb. O, qeyd edib ki, müvafiq kreditləri əsasən, “hakimiyyətə” yaxın olanlar alırlar. SİTAT: “Bizim “Arsaxdakı” mənbələrimiz həmin məlumatları təsdiq edirlər. Bundan əlavə, əldə etdiyimiz məlumatlara görə, zəmanət almış bir neçə proqramlar “Artsaxın prezidentinə” – Araik Arutunyana məxsus şirkətlərə verilib. Xatırladım ki, Arutunyan “Artsaxın” ən böyük sahibkarlarından biridir və onun əlində “iqtisadiyyatın” əsas gəlir gətirən “sektorları” mövcuddur”.
“Öz kredit risklərini “dövlətin” üzərinə qoyub ki, problemlər yarandığı vaxt mövcud kreditləri də “dövlət” bağlasın.
“Artsax prezidentinin” “mətbuat-katibi” ilə əldə olunan məlumatları dəqiqləşdirmək üçün əlaqə saxlamağın mümkün olmadığını deyən Osipyan qeyd edib ki, əgər həmin məlumatlar təsdiqini taparsa, demək “Artsaxın prezidenti” öz “vəzifəsindən” sui-istifadə edib və yalnız müxtəlif bizneslər qurmayıb, həmçinin qeyri-sağlam rəqabət atmosferi yaradıb, yaxın adamlarını irəli çəkib, öz kredit risklərini “dövlətin” üzərinə qoyub ki, problemlər yarandığı vaxt mövcud kreditləri də “dövlət” bağlasın.
Beləliklə, “Mənim hüququm” hərəkatını yaradan Artur Osipyan “Artsax” rəhbərliyi əvvəl-axır izahat verməlidirlər ki, bizneslərinin çiçəklənməsi üçün xərclənən illik 192 milyon dollar haraya gedir.
Rövşən Rəsulov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB