İntensiv yağan leysan xarakterli yağışlar nəticəsində ABŞ-ın cənub-şərqində yerləşən Missisipi ştatında baş vermiş subasma davam edir. Ştat ərazisindən keçən Missisipi çayı bir sıra yerlərdə məcrasından çıxaraq ətraf əraziləri su altında qoyub. Çayın bir sıra hissələrində isə suyun səviyyəsinin qalxaraq kritik həddə çatdığı bildirilir. Növbəti bir neçə gün ərzində qeyd olunan çayda suyun daha da artacağı proqnozlaşdırılır.
Təhlükəsizlik tədbirləri çərçivəsində 6 may 2011-ci il tarixindən etibarən 8 gün ərzində çayda gəmilərin hərəkəti qadağan edilib, həmçinin, Memfis şəhərində, təxminən, 3 min yaşayış evindən sakinlərin təxliyyəsi həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB