“Ölkə məhvə doğru gedir” aksiyaçı Ermənistan vətəndaşı

“Ölkə məhvə doğru gedir” aksiyaçı Ermənistan vətəndaşı

Bu gün Ermənistan hökumət binasının qarşısında tək bir nəfərin iştirak etdiyi daha bir etiraz aksiyası keçirilib SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiya keçirən vətəndaş bank problemləri üzündən iflas həddində olduğunu və tezliklə evini itirəcəyini qeyd edib.

"Meymunluq edirlər. Torpağın əkildiyini deyirlər, amma buna bənzər bir şey yoxdur. Nə iqtidarın tərəfdarıyam, nə də müxalifətin tərəfdarıyam, amma ölkənin məhvə doğru getdiyini görürəm. Güvə bütün məhsulu məhv etdiyini xəbərdar etdik, ancaq cavab olaraq yalnız laqeydlik göstərildi", deyə aksiya keçirən vətəndaş jurnalistlərə bildirib.
Məlumatda qeyd olunur ki, aksiya keçirən vətəndaş özü ilə zədələnmiş, xarab olmuş kənd təsərrüfatı məhsulları da gətirmişdi.
"Ayın 15-i tarixində krediti ödəməliyəm, bank bu cür məhsulları qəbul etməyəcək, hər şeyi atmaq məcburiyyətindəyəm. Hökumətə gətirdim ki, bəlkə də ən azı bir reaksiya olar", deyə aksiya keçirən vətəndaş bildirib.
Vətəndaş, vizit kartlarını da hökumət binasının qarşısına atıb və bəyan edib ki, bu hərəkətlərini problem eşidilənə qədər davam etdirəcək.
Qeyd edək ki, polislər onu dərhal polis bölməsinə aparıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə