“Qoşulmama Hərəkatı bizə dərdimizi dünya dövlətlərinin diqqətinə çatdırmaq imkanı verir” ÖZƏL-ŞƏRH
“Bəli, Qoşulmama Hərəkatının xeyli üzvü var və qurum BMT-dən sonra ikinci böyük təşkilat sayılır.” Bu sözləri SİA-a verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, Azərbaycanın bu təşkilata, Qoşulmama Hərəkatına üzvülüyü imkan verir ki, öz problemlərimizi, əsas dərdimizi dünya dövlətlərinin diqqətinə çatdıraq.
“Doğrudur, bu o demək deyil ki, bütün bu ölkələr Azərbaycanın əsas problemi olab Dağlıq Qarabağ münaqişəsini ciddi əhəmiyyət verəcəklər, hamı Azərbaycanın ərazi bütövlüyünü həm sözdə, həm də əməldə dəstəkləyəcək. Ona qalsa Azərbaycan bir çox beynəlxalq təşkilatın üzvüdür, amma bir çox sənədlər də kağız üzərində qalıb. Lakin, fakt ondan ibarətdir ki, Azərbaycan bu təşkilatın üzvüdür, Bakıda toplantısı da keçirilib və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir. Yəni bu gün Azərbaycan öz torpaqlarını istənilən yolla azad etməyə qərar versə həmin sənədlərə əsaslanacaq. Heç bir dövlət buna qarşı çıxa bilməyəcək. Həmçinin Qoşulmama Hərəkatının üzvləri də Azərbaycanın ərazi bütövlüyünə dəstək veriblərsə, həmin sənəd də onlara xatırladılacaq.
Digər tərəfdən Azərbaycan həm ikitərəfli əlaqələrə malikdir bu dövlətlərlə, həm də təşkilat çərçivəsində müəyyən təmaslar həyata keçirir. Azərbaycanın bu təşkilata bir müddət sədrliyi də müxtəlif təşəbbüslər irəli sürməsinə imkan yaradır. Üstəlik də dövlətlərlə iqtisadi əməkdaşlığı gücləndirmək, ortaq layihələr həyata keçirmək kimi də təşəbbüslər ortaya atılıb həyata keçirilər bilər”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB