"Əl-Qaidə" İraqdakı partlayışın məsuliyyətini üzərinə götürdü. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkilatın İraqdakı şöbəsi ötən həftənin cümə axşamı İraqın cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Həmin terror aktı nəticəsində 24 polis əməkdaşı həlak olmuşdu. "İraq İslam dövləti mayın İraqın Babil əyalətinin 5-də Əl-Hilla şəhərində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürür", - cihad forumlarında yerləşdirilən məlumatlarda deyilir.
Xatırladaq ki, cümə axşamı səhər saatlarında terrorçu partlayıcı quraşdırılmış avtomobillə Babil əyalətinin inzibati mərkəzi olan Əl-Hilla şəhərindəki nəzarət-buraxılış məntəqəsinə hücum etmişdi. Terror aktı zamanı məntəqədə növbə dəyişikliyi gedirmiş və ərazidə çoxlu sayda polis əməkdaşı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB