Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, mayın 10-da saat 7.30-dan etibarən Mikayıl Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətinə bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

 

Azneft meydanı, Neftçilər prospekti və R.Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsindən Bülbül prospekti daxil olmaqla Heydər Əliyev sarayının qarşısındakı Milli parkda Gül bayramının keçirilməsi ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri xahiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə