Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü İndoneziyada qeyd edilib
Mayın 9-da Cakartadakı "Alila" otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir və "Azerbaijan Album" kitabının təqdimat mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, Azərbaycanın İndoneziya və eyni zamanda Filippindəki səfirliyindən SİA-ya bildiriblər ki, səfir İ.Hacıyev ulu öndər Heydər Əliyevin müasir dövlətimizin qurulması və inkişafında əvəzsiz xidmətlərindən danışıb. O, ümummilli liderin daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin ölkəmizi regionun aparıcı dövlətinə çevirdiyini, respublikamızın dünyada nüfuzunu artırdığını, beynəlxalq layihələrin həyata keçirilməsində Azərbaycanın mövqeyini möhkəmləndirdiyini qeyd edib.
Səfir Ermənistanın ölkəmizə hərbi təcavüzünə toxunaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonun erməni işğalı altında olduğunu, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşərək qaçqın və köçkün həyatı yaşadığını, Prezident İlham Əliyevin məqsədyönlü syasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunmasına inam ifadə etmiş, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Görüşdə ANTARA dövlət agentliyinin və digər KİV-lərin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB