Fazil Mustafa: "ABŞ-la Gürcüstan iqtidarının Azərbaycanda çevriliş etmək niyyəti ilə bağlı yazılar inandırıcı deyil"
"Rusiya mətbuatında ABŞ-la Gürcüstan iqtidarının Azərbaycanda çevriliş etmək niyyəti ilə bağlı yazılar inandırıcı deyil. Çünki ABŞ Azərbaycanda hər hansı bir çevriliş etmək niyyətini ortaya qoymaz". Bu sözləri millət vəkili Fazil Mustafa SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ Azərbaycanda proseslərin dinc məcradan çıxmasına maraqlı deyil, ona görə ki, ABŞ-ın burada enerji maraqlı var. Millət vəkili bildirib ki, Azərbaycanda hər hansı bir şəkildə hakimiyyət dəyişikliyi müəyyən dərəcədə ABŞ-ın öz maraqlarına ziyan gətirə bilər.
"Ona görə də bu informasiya Rusiya tərəfindən daha çox atılan informasiyadır. Rusiya İslam Komitəsinin sədri Heydər Camalın açıqlaması o qədər süni, o qədər anlamsız bir açıqlama idi ki, bunu əsaslandırmaq qeyri- ciddidir.
Ümumiyyətlə mən bu informasiyanı real əsası olamayan informasiya kimi qiymətləndirirəm. Çünki ABŞ Azərbaycan məsələsinə olduqca ehtiyatlı yanaşır. Onun Gürcüstanda olan proseslərə münasibətlə Azərbaycan hər zaman fərqlənir. Digər tərəfdən müəyyən demokratiyaya dəstək anlayışında ABŞ Gürcüstanın Azərbaycandan öndə olmasına maraqlıdır. Ona görə də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bütün hallarda Azərbaycanda hansısa bir status-kvo-nun dəyişməsinə maraq göstərə bilməz. O daha çox Gürcüstanın irəli çıxması, daha çox demokratikləşməsi üçün səy göstərməyə maraqlıdır",- deyə millət vəkili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB