Eldəniz Səlimov: “Qarabağ bizimdir, bizim olub və bizim də olacaq!” RƏY-ÖZƏL

Eldəniz Səlimov: “Qarabağ bizimdir, bizim olub və bizim də olacaq!” RƏY-ÖZƏL

Türkiyə-Azərbaycan yaxınlaşmasından narahat olan bəzi xarici güclər, xüsusilə Rusiya Ermənistanı silahlandırmağa, hətta cəbhə bölgəsində aktiv döyüşləri bərpa etməyə həvəsləndirdiyi bildirilir. Sual yaranır, niyə Azərbaycanla Türkiyənin hərbi sahədə yaxınlaşmasından Ermənistan qədər Rusiyada narahatçılıq keçirir? Millət vəkili Eldəniz Səlimov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, çox təəssüflər olsun ki, 32 ildən bu yana davam edən Qarabağ münaqişəsi hələ də öz müsbət, ədalətli həllini tapmayıb: “Münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu və 23 illik həmsədrlər institutu, o cümlədən, 4 məlum qətnamə qəbul edən BMT, onun Təhlükəsizlik Şurası bu dövr ərzində heç bir səmərəli və effektiv fəaliyət ortaya qoymayıb, sərgiləməyib. Nə BMT və Təhlükəsizlik Şurası ötən 27 il ərzində qəbul etdiyi 4 qətnamənin icrasına nail olub, nə səmimi buna cəhd göstərib, nə də Minsk Qrupunun həmsədrləri, həmsədr dövlətlər-Rusiya, Fransa və ABŞ 23 il müddətində öz əllərində olan təzyiq və təsir vasitələrindən istifadə edib, işğalçı və təcavüzkar Ermənistanı cəzalandırıb, onu işğalçılıq, qəsbkarlıq mövqeyindən geri çəkindirib. Bunların heç biri baş verməyib. Əksinə, onların ikili, üçlü, beşli standartları, ədalətsiz yanaşmaları, quru, mənasız bəyanatları, əksər hallarda da işğalçı ilə işğala məruz qalanı eyniləşdirmə mövqeləri himayadərları ilə birlikdə Ermənistanın növbəti təcavüzkarlıq, qəsbkarlıq, təxribatçılıq və fitnəkarlıq cəhdlərinə, əməllərinə, insanlıq dramlarına həvəsləndirib, stimullaşdırıb”.

E.Səlimov bildirdi ki, cəzasız qaldığını, etdiyi saysız-hesabsız cinayət əməllərinə açıq-açkar göz yumulduğunu görən işğalçı və təzavüzkar dövlət daha da ağzınlaşıb, daha da qudurğanlaşıb, daha da rəzilləşib: “Sülhə və təhlükəsizliyə təhdidə, bəlaya çevrilib. Son iyul hadisələri də bunun əyani təsdiqi oldu. Burada çox-çox təssüf edilməli məqamlardan biri də odur ki, həmsədr dövlətlər açıq və gizli şəkildə Ermənistanı silahlandırmaqda davam etməkdədirlər. Xüsusilə də, böyük və yaxın qonşumuz Rusiya. Münaqişə başlanan gündən dəfələrlə Rusiyanın Ermənistanı silahalandırması məsələsi ortaya çıxıb və bunlar təkzibolunmaz faktlarla öz sübutunu, təsdiqini atıb. Həm ictimaiyyət, həm də dövlət və hökumət səviyyəsində Azərbaycan tərəfindən dəfələrlə sərt, kəskin etirazlar bildirilməsinə baxmayaraq, qonşu və həmsədr dövlət özünü heç nə olmamış kimi aparmaqda, təcavüzkarı silahlandırmaqda davam edib. Hansı ki, bu addımlar həm qonşuluq və dostluq münasibətlərinə ziddir, həm sülhə və təhlükəsizliyə təhlükə törətməkdir, həm də həmsədrliyin mahiyyətinə, məzmununa, fəlsəfəsinə, funksiyasına uyğun olmayan, onunla daban-dabana zidd olan davranışlardır. Bunlar qəti şəkildə yoilverilməz və qəbuledilməzdir. Eyni zamanda, görünən və sezilən odur ki, qardaş və dost Türkiyənin Azərbaycana daim, xüsusilə də, son zamanlar, hər mənada dəstək olmasa, onu bütün platformalarda fədakarlıqla dəstəkləməsi bir çox dövlətlərdə, o cümlədən, həmsədr ölkələrdə qıcıq, qəzəb doğurur”. “Onlar iki qardaş və dost dövlətin bu qədər yaxınlaşmasını heç cür qəbul və həzm edə, bu gerçəkliklə heç cür barışa bilmirlər” deyən millət vəkili onu da bildirdi ki, münasibətlərə hər cür xələl gətirməyə, o cümlədən, Ermənistanı bu iki ölkənin üzərinə qaldırmağa çalışırlar: “Bunlar da heç bir halda qəbuledilən deyil. Ümumiyyətlə, kiminlə dost olub-olmayacağımızı, dostluq edib-etməyəcəyimizi başqası ilə məsləhətləşməmişik və məsləhətləşəyəcəyik. Bu, bizim seçimimizdir. Bütövlükdə həmsədr dövlətlərin münaqişə tərəflərindən birini, xüsusilə də, qanlı münaqişənin əsas səbəbkarı və baiskarını silahlandırması qəti və qəti şəkildə, əsla və əsla düzgün deyil. Əgər həmsədr dövlət və ya dövlətlər bu addımı atmaqda davam etdirəcəklərsə, onda onların öz missiyalarından imtina etməsi lazımdır. Onlar könüllü şəkildə həmsədrlikdən imtina etməli, getməli, ya da nəhayət, üzərlərinə düşən missiyanı heç olmasa, bundan sonra şərəflə, ləyaqətlə, ədalətlə yerinə yetirməlidirlər. Seçim onlarındır. Biz onsuz da bu münaqişəni öz gücümüzə, istənilən yolla həll edəcəyik. Hər kəs buna əmin olsun. Buna hər cür gücümüz, qüdrətimiz çatır. Aprel döyüşləri, Cünnüt əməliyyatı, iyul hadisələri də bunu göstərdi, təsdiq etdi. Odur ki, ikibaşlı oyunlara son qoyulmalı, ya birdəfəlik Rusiya başda olmaqla, həmsədrlər Ermənistanın, ədalətsizliyin, haqsızlığın yanında, ya da haqlının, işğala məruz qalanın, ədalətlinin, Azərbaycanın yanında yer almalıdırlar. Yenə də deyirəm, seçim onlarındır. Biz bu münaqişəni gec-tez qalibiyyətlə, zəfərlə başa çatdıracağıq və bu zaman heç kimsədən də icazə almayacağıq. Buna da borclu deyilik. Qarabağ bizimdir, bizim olub və bizim də olacaq!”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə