İranın xarici işlər naziri BƏƏ-yə səfər edəcək

İranın xarici işlər naziri BƏƏ-yə səfər edəcək
İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın BƏƏ-dəki səfiri Məhəmmədrza Fəyyaz deyib. O bildirib ki, səfər bir günlük olacaq. Onun sözlərinə görə, bir günlük səfər zamanı Salehi BƏƏ rəsmiləri ilə regionda baş verən prosesləri və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə edəcək.

Qeyd edək ki, İran rəsmisi son günlərdə region ölkələrindən Qətər və Omana səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə