Ermənilər Rusiyaya getmək istəyir, baş nazir qoymur ETİRAZ DALĞASI
Ermənistanın hökumət binası qarşısında Rusiyaya getmək istəyən vətəndaşların növbəti etiraz aksiyaları keçirilib. SİA news.am-a istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyandan Rusiya səfirliyi ilə danışıqlar aparmasını və məsələnin həll edilməsini tələb edirlər.
Erməni vətəndaşlardan biri jurnalistlərlə söhbətində bildirib ki, bu gün Rusiya vətəndaşı olan ermənilər Gürcüstan ərazisindən Rusiyaya aparılıblar. “İcazəni səfirlik verib və bizə deyirlər ki, qərar yalnız Rusiya vətəndaşlarına aiddir. Mən soruşuram: nəyə görə, axı burada Ermənistan vətəndaşları da var ki, onların biznesləri mövcuddur, orada onların uşaqları, xəstələri var və hava yolu ilə gələ bilmirlər. Biz istəyirik ki, baş nazirliyin kabinet rəhbəri kömək etsin”, ermənilər bildirirlər.
Sayt yazır ki, Ermənistan vətəndaşlarının Rusiyaya girişi yalnız Rusiyaya deyil, eləcə də Gürcüstana girişləri yasaqdır. Rusiyanın Ermənistandakı səfiri zaman-zaman Gürcüstan hakimiyyəti ilə müəyyən razılaşmalar əldə edə bilir, baxmayaraq ki, gürcülərin Moskva ilə diplomatik əlaqələri yoxdur. Lakin Rusiya Federasiyasının erməni mənşəli vətəndaşlarına müəyyən güzəştlər olunur, hətta onların çarter rersyləri ilə də Rusiyaya getmələri mümkün olur.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya və Gürcüstan Ermənistanla bir sıra əlaqələrini kəsib və ermənilər nə ölkədən çıxa bilir, nə də digər çıxış imkanlarından istifadə edə bilmirlər. Yalnız Rusiya vətəndaşlığı olan ermənilər zaman-zaman müəyyən şərtlər altında Ermənistanı tərk edə bilirlər. Onlar məsələnin həlç edilməməsində baş nazir Nikol Paşinyanı ittiham edirlər və bildirirlər ki, o ermənilərin kütləvi şəkildə Rusiyaya getmələrinin qarşısını müxtəlif üsullarla almağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB