"Düşmənin hər bir təxribatının arxasında məkirli niyyətləri dayanır" ÖZƏL-MÜNASİBƏT

"Düşmənin hər bir təxribatının arxasında məkirli niyyətləri dayanır" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan öz torpaqlarını havadan və qurudan çox ayıq-sayıq şəkildə qoruyur. Silahlı Qüvvələrimiz ən müasir Hava hücümundan müdafiə sistemləri ilə təchiz olunub və bir neçə gün əvvəl Dağlıq Qarabağdakı qondarma rejimin qondarma rəhbərinin Gəncəni vuracağı ilə hədəsində gördülər ki, bu mümkün deyil və bu baş verərsə çox ağır cavabını alacaqlar. İndi isə yenidən qurudan təxribata əl atıblar”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

“Qeyd etmək istəyirəm ki, düşmənin hər bir təxribatının arxasında onun məkirli niyyətləri dayanır. Biz ermənilərin törətdiyi son təxribatların dinamikasına baxsaq görərik ki, törədilən hər bir təxribat ölkəmiz üçün əlamətdar günlərin ərəfəsində törədilir. İndi isə Azərbaycanda Dəniz kuboku Ordu oyunlarının keçirilməsi və Rusiya Müdafiə nazirinin ölkəmizə səfəri gözlənilir. Belə bir vaxt ərəfəsində erməni təxribat qrupu Goranboy istiqamətində yenə öz bəd niyyətini reallaşdırmaq istədi. Təbii ki, bu gün Azərbaycan Milli Ordusunun gözü qarşısından heç nə yayına bilməz. Düşmən ağır itki verərək geri çəkildi və diversiya qrupun komandiri əsir götürüldü. Bu bir daha onu sübut edir ki, ermənilər münaqişənin danışıqlar yolu ilə həll olunmasından yayınır və belə təxribatlar törətməklə Silahlı Qüvvələrimizin hərəkətə keçəcəyi vaxtını yaxınlaşdırır”, - deyə deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə