“Qanun hər kəs üçündür və qanun qarşısında hər kəs bərabərdir!” ÖZƏL-MÜNASİBƏT
"Dövlət rəhbərinin pandemiya ilə mübarizə tədbirləri proqramı çərçivəsində verdiyi qərarlar Azərbaycanın hüdudları çərçivəsində yaşayan hər kəsə aiddir və hər kəs bu qərarlar qarşısında eyni məsuliyyəti daşıyır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədri vurğulayıb ki, qanun hər kəs üçündür və qanun qarşısında hər kəs bərabərdir!
“Bütün dünya pandemiyadan əziyyət çəkir. Amma ən çox əziyyəti kasıblar çəkir. Bu tendensiyanı əfsuslar olsun ki, bir çox yüksək rütbəli məmurlar və millət vəkillərimiz ölkədə ictimaiyyət qarşısında yol verdikləri yanlışlarla gündəmə gətirir. Ölkəmizin təhlükəsizliyi və xalqımızın rifahı üçün biz tibbi maskadan istifadə etməyi və sosial məsafəyə diqqət etməyi öyrənməliyik. Bu qədər bəsit bir qaydaya riayət edə bilməyən millət vəkili, görəsən necə qanun qəbul edir? Bir şəxs ki, özü öz qəbul etdiyi qanunu pozursa, sizcə, o millət vəkilinin fəaliyyətinin keyfiyyətini qənaətbəxş hesab etmək olarmı? Nəyə görə dövlət başçısı Cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, xanım Mehriban Əliyeva maskadan istifadə edir, amma məmurlar bu boyda xalqın sağlığını təhlükəyə atırlar? Yoxsa, qanunu saymırlar? Məqsəd, birmənalı şəkildə Cənab Prezidentin verdiyi qərarlara, ölkədəki qanunun ədalətinə xalq arasında şübhə yaratmaq, aparılan islahatlara kölgə salmaqdır.
Dünyanın hər yerində Parlamentə düşüncə mərkəzi kimi baxılır. Millət vəkili isə, xalqın simasını, parlament kimi ali orqanı qanunları pozaraq təmsil edə bilməz. Buna görə də, qanunu pozan məmur sadə vətəndaşlardan daha ağır şəkildə cəzalandırılmalıdır.
Tibbi maskanın qiyməti qaldırılır dediniz, Cənab Prezident qiymətə nəzarəti öz üzərinə götürdü. Bu gün Azərbaycanda tibbi maskanın qiyməti digər dövlətlərlə müqayisədə ən ucuz qiymətə satılır. Maska yoxdur dediniz, Cənab Prezidentin təşəbbüsü ilə maska istehsal edən fabrik açıldı. Dövlət başçısı əlindən gələni edirsə, məmur niyə özbaşınalığa yol verməlidir? Cənab Prezident sosial məsafəni qoruyun deyir, bütün konfransları onlayn həyata keçirir. Dövlət başçısı bütün xarici səfərlərini dayandırdığı halda, məmur niyə öz yüksək rütbəsinə güvənib qanunu pozmalıdır?..” deyə Əsli Kazımova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB