Azərbaycan artıq regional dövlət çərçivəsindən çıxıb və qlobal miqyasda oyunçudur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Mübariz Əhmədoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, hətta qlobal miqyasda da çox ciddi uğurlarımız var.
“Koronavirus pandemiyası sübut elədi ki, Azərbaycan beynəlxalq aləmdə donor dövlətdir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına yardım elədi, İrana yardım elədi, bir neçə koronavirusla məşğul olan fondlara yardım elədi. Azərbaycan 30-a yaxın dövlətə yardım edib. O cümlədən Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni, BMT-nin Siyasi Təhlükəsizlik Şurasının ilk qeyri-daimi üzvü olan MDB dövləti biz olmuşuq. Təsəvvür edin ki, MDB-də Ukrayna, Qazağıstan, Özbəkistan kimi böyük dövlətlər qaldı, biz bacarığımıza görə, ölkə Prezidentinin bacarığına görə olduq. Biz beynəlxalq aləmdə donor dövlətik və təhlükəsizliyə də tövhəni biz verməliyik. Yəni, nəinki öz regionumuzda təhlükə yaradan dövlətin qulağını burmalıyıq, həm də beynəlxalq miqtasda da təhlükəsizliyə tövhə verə bilərik.
ATƏT-in Minsk Qrupu hər il Ermənistana öz sözünü deyir. Yəni, ən azı ATƏT-in Minsk Qrupu koronavirus adı altında qoşunlarln təmas xəttindən müşahidə missiyasını yığışdırıb, heç indi də qaytarmır. ATƏT-in Minsk Qrupu da başa düşür ki, erməni ancaq silahın gücünü tanıyır.
Bəli, Rusiya Ermənistana silah verib. İndi olduğu kimi, Rusiya həmişə silah verib Ermənistana. Rusiya Ermənistanın ərazisinə silah göndərib. Amma, bilmək olmaz, o silah ola bilsin Rusiyanın özünün hərbi bazasına gedib. Çünki, burada Türkiyə parametri də var və Rusiya özünün Ermənistandakı hərbi bazasını da gücləndirməlidir. Rus və erməni ekspertləri dedilər ki, Türkiyə ani surətdə Rusiyanın Ermənistandakı bazasını yox edə bilər. Ona görə də, ola bilər ki, silah Ermənistan ərazisinə gələr, amma ola bilər Rusiyanın Ermənistandakı hərbi bazasına da göndərilər.
Sergey Lavrov dünən nə Türkiyə, nə Rusiya, nə Azərbaycan ekspertlərinin vermədiyi elə bəyanat verdi ki, Tovuz döyüşlərinin tam məsuliyyətini qoydu Ermənistanın boynuna. Lavrovun bəyanatı ilə bütün dünya ictimaiyyətinə də bəlli oldu ki, artıq kimdir günahkar.
Araik Arutunyanın Gəncəni vurmaq hədəsi ilə bağlı bəyanatının digər tərəfi də var. ATƏT-in Minsk Qrupu da bilir ki, Araik Arutunyan qədər çənə, boşboğaz, nağara effektli erməni çox azdır. Yəni, 10-15 erməni var ki, onların işi boş-boş danışmaqdır və bunlardan da biri Araik Arutunyandır. Araik Arutunyan o vaxt baş nazir olanda Livandan ermənilərin getdi pulunu yığdı gətirdi və indi də ondan soruşurlar ki, sən flan yerdə kanal tikməliydin, flan yerdə bağ salmalı idin hanı onlar. Yəni, ancaq gurultulu, haylı-küylü bəyənatlar verməkdir bunun işi və bundan başqa da bacarığı yoxdur. İndi də deyir ki, ildə 1000 dənə ev tikəcəm, baxaq görək tikəcəkmi? Əmək haqlarını artıracağam deyir, baxaq görək artıracaqmı? Yəni, deməkdə məqsədim odur ki, o verilən bəyənatın gücünə də baxmaq lazımdır. Dağlıq Qarabağ ermənilərinin Gəncəni yox, heç yeri gəlsə, Ağdama atmağa silahları yoxdur, əgər arxasında Ermənistan dayanmasa. Ona görə ölkə Prezidenti də əlini salıb Ermənistanın boğazına və Ermənistanı dövlət kimi boğur. Elə Araik Arutunyan da Ermənistan dövləti ilə bərabər boğulub çıxıb gedəcək”, deyə Mübariz Əhmədoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB