"Bəzi məmurlar pandemiyaya fürsət kimi baxırlar" ÖZƏL-MÜNASİBƏT
“Həllini gözləyən problemlərin ortadan qaldırılması üçün məmurlarla vətəndaşlar arasında canlı təmaslara ehtiyac var”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, karantin rejimi yumşalıb, SMS-lə icazə ləğv olunub. Bazar, dükan adamla doludur: “Cavabdeh qurumların yarıtmaz fəaliyyəti üzündən bəzən bir avtobusda 200 nəfərin yol getdiyinin şahidi oluruq. Çimərliklərdə adam əlindən tərpənmək olmur. Əgər vətəndaş küçədə, avtobusda, bazarda koronavirusa yoluxmursa, məmurların qəbul otağında da yoluxmayacaq. Pandemiya üzündən yüzlərlə problem üst-üstə qalaqlanıb. Vətəndaşla canlı ünsiyyətə girmək, həmin problemləri həll etmək lazımdır".
Seymur Verdizadə bildirib ki, Azərbaycanda məmurlar həmişə vətəndaşlarla ünsiyyətdən yayınmağa meyil ediblər: "Heç pandemiyadan əvvəl də məmurlar vətəndaşlarla qol-boyun deyildilər. Nəinki yüksək ranqlı, hətta orta ranqlı məmurun qəbuluna düşmək həmişə müşkül olub. Hesab edirəm ki, bəzi məmurlar pandemiyaya vətəndaşlardan yaxalarını qurtarmaq üçün fürsət kimi baxırlar. Bu cür idarəçilik yolverilməzdir. Məncə, maska taxmaq və sosial məsafəni saxlamaq şərti ilə ənənəvi qəbulları bərpa etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB