Prezident Ağcabədidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olub.
SİA-nın xəbərinə görə, dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin səmərəli təşkilinə öz töhfəsini verməkdədir. Əhalinin mənalı istirahətinin təşkilində, şəhər və rayonlarımızın simasının daha da gözəlləşməsində yeni parkların salınması mühüm rol oynayır.
Bildirildi ki, Ağcabədi şəhərində 2000-ci ildə istifadəyə verilən Heydər Əliyev adına parkın ümumi sahəsi 4 hektardır. 2008-ci ildə yenidən qurulan parkda ulu öndərin abidəsi ucaldılıb. Abidənin arxa hissəsində qranitdən Azərbaycanın xəritəsi işlənib. Şəhərin ən gözəl guşəsinə çevrilən parkda həm uşaqlar, həm də böyüklərin rahatlığı üçün hər cür şərait yaradılıb. Parkda 4 karusel, 6 köşk və bir çay evi fəaliyyət göstərir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb.
Məlumat verildi ki, milli ornamentlərdən geniş istifadə olunan park xüsusi memarlıq üslubunda yenidən qurulub. Giriş qapısı, parkətrafı yollar və mərkəzi yollar, mərkəzi meydan, burada tikilmiş iki fəvvarə və müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırır. Parkda iki hektaradək ərazidə yaşıl örtük salınmış, həmişəyaşıl ağaclar əkilmiş, çəmənliklərdə xüsusi zövqlə çiçəklər əkilib. Bütün bunlara görə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ağcabədililərin və rayonun qonaqlarının ən sevimli istirahət məkanına çevrilib.
Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB