“Beynəlxalq təşkilatlar təcavüzkarı cəzalandırmalıdır” ÖZƏL-MÜNASİBƏT
“Erməni tərəfinin, qondarma Daqlıq Qarabağ rejiminin, onun rəhbərlərinin, yaxud Ermənistanın hədə ritorikaları öz-özünə əmələ gəlməyib. Əvvəla, bu, ideoloji zəmindir. Yəni, bu hətta 150 il yaşı olan Daşnaqsütun ideolojiyasıdır ki, daim kimisə hədələsinlər, terror eləsinlər və bu yolla nəyə isə nail olsunlar. Özlərinin havadarları olan Rusiyada belə onlar terror həyata keçiriblər. Qərdə də belə terror aktları təşkil ediblər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Partiya sədrinin sözlərinə görə, hədə-qorxu bunların, ermənilərin ideoloji zəminidir ki, bunlar hədə-qorxu ilə nədənsə çəkindirməyin mümkünlüyünü düşünürlər.
“Ermənilər bir vaxt atəşkəs imzalanan zaman, 1994-cü ildə Murovdan Gəncəni vurmaq hədələri ilə çıxış edirdilər. Görünür bunlarda belə bir nostalji hislər yaranıb ki, belə axmaq ritorikadan istifadə edirlər. Digər tərəfdən də ən asas məsələ odur ki, ATƏT-in Minsk Qrupu daxil olmaqla beynəlxalq təşkilatlar daim bunların qudurğan hərəkətlərinə göz yumublar, heç vaxt bunları cəzalandırmayıblar, irad tutmayıblar və Azərbaycan tərəfi də sakitləşdiriblər ki, öz torpaqlarını azad eləməsin, elə Ermənistanla, işğalla da bir növ Azərbaycan barışsın. Bu missiyanı həyata keçirib. Bu turist diplomatiyasının bir məqsədi olub ki, o da Azərbaycanın öz torpaqlarını azad eləməsinə imkan verməməkdir. Bunun da kökündə o dayanır ki, SSRİ-nin dağılmasında ermənilər mühüm rol oynayıb, Qərb o zaman ermənilərdən istifadə edib və ona görə də Qərb Ermənistanı himayə eləməli olur. Bir növ özlərini ermənilərə borclu hesab edirlər ki, SSRİ-nin dağılmasında mühüm rol oynayıblar. Rusiya da təbii ki, özünün for-postu olduğu üçün müdafiə edir və ona görə də buna biganə yanaşıblar.
Ən əsas səbəb isə odur ki, hətta iddia elədikləri Dağlıq Qarabağ ətrafında 7 rayonu da zəbt ediblər bunlar. Qanunsuz yolla tutublar, geri qaytarmırlar və həyasızcasına bufer zöna olduğunu və qaytarmayacaqlarını deyirlər. Bunların həyasızlıqlarının həddi-hüdudu yoxdur.
Əlbəttə ki, bizim ummağa haqqımız var. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğuna görə, beynəlxalq ictimaiyyət, aidiyyatlı təşkilatlar, aidiyyətli dövlətlər təcavüzkarı çəkindirməli, irad tutmalı, cəzalandırmalıdır. Amma mən hesab edirəm ki, bu az ehtimal olunandır. Çünki, dəfələrlə bu təkrar olunub. Erməniləri bir növ Qafqazda xristian təəssübkeşliyinin dayağı sayırlar və açıqdan-açığa onların bu təcavüzkar, terrorçi niyyətləri, özbaşınalıqlarını müdafiə edirlər. Ona görə mən yenə də deyirəm, biz doğru hərəkət edirik. Cənab Prezident hücum diplomatiyası yolunu seçib və eyni zamanda biz hərbimizi də gücləndiririk, çünki bu erməni güc görməsə qalan məsələlər bunlara təsir edən deyil. Əlbəttə ki, Türkiyə ilə birlikdə keçirdiyimiz təlimlər də bunlara, ermənilərə ciddi təsir elədi, qorxutdu bunları və ona görə də belə vəziyyətə düşdülər. Yəni, həm qorxurlar, həm də qorxudurlar.
Onsuz da ermənilər rüsvay olublar. Paşinyanın BBC-yə, Sakura verdiyi müsahibə də biabırçıdır. Ermənistanın baş naziri də biabır olub, Ermənistan dövləti də dünyada biabır olub və hamı da bunu bilir. Hamı onların haqsız olduqlarını bilir və yenə deyirəm ki, xalqımızın ayağa qalxmağı, Ali Baş Komandan ətrafında sıx birləşməsi, bunları çox qorxutdu, və əmin oldular ki, Azərbaycan heç zaman torpağının işğalı ilə barışmayacaq. Ona görə də bax beləcə təcavüzkar ritorikadan istifadə edirlər”, deyə Tahir Kərimli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB