"Lukaşenko Belarusun sabitliyi və bütövlüyü deməkdir" ÖZƏL-RƏY

"Belarusiyada baş verənlər birmənalı olaraq siyasi texnoloqların gündəlik strategiyası əsasında davam etməkdədir. İndi də, qabağa qızları veriblər". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, son zamanlar, biz, küçə inqilablarında maraqlı seçki texnologiyaları ilə qarşı - qarşıyıq: "Nəticədə, dünənə qədər özünə əmin olan Lukaşenko, hətta kəndlərdə və zavodlarda belə etirazlarla qarşı - qarşıyadır. Lakin, bir gerçəklik var. Lukaşenko Belarusun sabitliyidir və bütövlüyü deməkdir. Əgər Belarusiyanı qonşusu Baltikyanı ölkələrlə müqayisə etsək birincinin bütün sahələrdə üstünlüyünü əminliklə qeyd edə bilərik. Sənaye, kənd təsərüfatı, hərbi sənaye və sair kimi sahələrdəki uğurlar nəticəsində MDB - də üstün göstəricələrə malikdir.

Eyni zamanda, biz, Azərbaycan üçün də, Lukaşenko etibarlı tərəfdaşdır. KTMT-da onun varlığı bir neçə dəfə Sarkisyan və Paşinyan üçün başağrısına səbəb olmuşdu. Hər halda, liderlərin ikitərəfli münasibətlərdə oynadığı rol ən başlıcadır. Uzağa getməyə ehtiyac yoxdur. Nazarbayevdən sonrakı Qazaxıstanın “erməni simpatiyası” buna bir misaldır. Tokayevin erməni və qazax xalqlarının çox yaxın, eyni dilə malik olması kimi absurd fikrindən sonra öz səmasını Ermənistana göndərilən silahlarla dolu təyyarələrin üzünə açması bunun bir sübutudur.

MDB də öz sözünü deməyə curət edən, öz dövlətlərinin milli maraqlarını qoruyan liderlərə ehtiyac var. Belə liderlərin varlığı sabahkı müharibədə ermənilərin əleyhinə işləyə bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...