Obama: “Bin Ladenə layiq olduğundan da artıq hörmət göstərdik”

Obama: “Bin Ladenə layiq olduğundan da artıq hörmət göstərdik”

"11 sentyabr hadisələri zamanı 3 min insanı öldürən Bin Ladenə layiq olduğundan da artıq hörmət göstərdiyimiz aydındır. Hesab edirəm ki, bizim davranışımız olduqca normaldır". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama "Əl-Qaidə" terror qruplaşmasının rəhbəri Üsamə bin Ladeninin cəsədinin dənizə atılmasına münasibət bildirərkən deyib. O, Bin Ladenin cəsədini suya atmaqla ona böyük ehtiram göstərdiklərini bildirib.

 

Qeyd edək ki, Amerika tərəfi bin Ladeninin cəsədini İslami qaydalara uyğun olaraq yuyub, dənizə atdıqlarını iddia edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə