YAP-çı fəaldan Rüfət Səfərova çağırış "Düz yola qayıt"

“Əli Kərimli bir timsahdır, o, öz qurbanını yeyir, sonra da göz yaşı tökməyə başlayır”

AXCP sədri Əli Kərimlinin siyasi girovuna çevrilmiş Rüfət Səfərovla bağlı ilginc məqam üzə çıxıb. Belə ki, onun radikal müxalifətin yanında olması ilə yanaşı, həyatını məhz Əli Kərimli kimi yalançının, riyakarın yolunda güdaza verməsinə göz yuma bilməyən YAP fəalı Rəşadət Xalıqov sabiq prokuroru doğru yola qayıtmağı tövsiyə etməklə yanaşı, AXCP sədrinin əsl məqsədini də ona xatırladıb.

SİA xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən YAP fəalı eyni zamanda R.Səfərovu danılmaz faktlar qarşısında da qoyub.

“Rüfət Səfərov, səni heç kim təhdid etmir. Sənə heç kəs güldən ağır söz demir. Sadəcə olaraq gəncsən və ona görə istəyirik ki, tez bir zamanda ayılıb Əli Kərimlinin kim olduğunu görüb, ətrafından çəkiləsən”, yazan R.Xalıqov fikirlərini belə izah edib. SİTAT: “Çünki Əli Kərimli bir timsahdır, o, öz qurbanını yeyir, sonra da göz yaşı tökməyə başlayır. Sahib Kərimovu, Aydın Kərimovu, Ruslan Bəşirlini, Qorxmaz Əliyevi xatırla”.

“Nə qədər gec deyil, Əli Kərimli səni Oqtay Gülaliyev kimi istismar etməyib, ondan uzaqlaş”

YAP-çı fəal hüquq müdafiəçisi, “Milli Şura”nın üzvü Oqtay Gülalıyevin yaşadıqlarını da sabiq prokurorun diqqətinə çatdırıb: “Oqtay Gülalıyev bədbəxt hadisə nəticəsində indiki vəziyyətinə düşdü və özün də görürsən ki, Heydər Əliyev Fondu maliyyə vəsaiti ayırır ki, tezliklə ayağa qalxsın. Yəqin ki, Oqtay Gülalıyev ayağa qalxandan sonra Əli Kərimlinin çirkin əməllərini ictimaiyyətə açıqlayacaq. Çünki, Oqtay Gülalıyev də başqaları kimi Kərimli ailəsinin maddi maraqlarının qurbanı oldu. Ona görə də, nə qədər gec deyil, Əli Kərimli səni Oqtay Gülalıyev kimi istismar etməyib, ondan uzaqlaş. Əli Kərimli kimilərin ailəsinə xidmət etmə və imkanın olanda sual et ki, Türkel Kərimli, Selcan Kərimli hansı pullarla xaricdə bahalı həyat yaşayır? Niyə onlar milyonluq hesablara malikdirlər, amma sadə cəbhəçilər həbsdədirlər?”

“Sevinc Osmanqızının xuliqan, bandit deyib təhqir etdiyi azərbaycanlıların hüquqlarını qoru, erməni əsirliyində olan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin hüquqlarını tələb et”

YAP-çı gən sonda daha bir faktı da R.Səfərovun qarşısına qoyaraq yazıb: “Əgər sən dediyin kimi hüquq müdafiəçisisənsə, o zaman Sevinc Osmanqızının xuliqan, bandit deyib təhqir etdiyi azərbaycanlıların hüquqlarını qoru. Əgər sən hüquq müdafiəçisisənsə, erməni əsirliyində olan Dilqəm Əsgərovun, Şahbaz Quliyevin hüquqlarını tələb et. Əgər bunları etməsən, demək ki, sən də Kərimlinin şarlatan planlarının bir parçasısan və siyasi məqsədlərin var...”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...