Xalqın dövlət başçısına inam və rəğbəti tükənməzdir

Hər bir dövlət xadiminin, tarixi şəxsiyyətin real gücü, qüdrəti tarixin ən ağır, ən çətin dönəmlərində üzə çıxır. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqlardandır ki, indiki son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadimi rəhbərlik edir. İndi dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb. Nəticə göz qabağındadır.

Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləri nə qədirbilən xalqımız unudacaq, nə də əlahəzrət zaman. Çünki son 17 il ərzində Prezidentimiz ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə Prezidentini sevir ki, O, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir, Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı adımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezidentimizin ünvanına yüzlələr minnətdarlıq məktubları göndərir və bu məktublarda ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarına dilə gətirir, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Xalqının qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyev isə bəyan edir ki, bütün imkan, potensial və resurslarımızdan istifadə edib bu çətin sınaqdan da şərəflə çıxacağıq. Hal-hazırda karantin rejiminin müddətini pandemiyanın hələ də mövcudluğu şəraitində uzatsaq da, eyni zamanda, mərhələli şəkildə sosial təcrid siyasətinin yumşaldılması istiqamətində də addımlar atmaq niyyətindəyik. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı qədər ən yüksək səviyyədədir.

Xalqının çətin anlarının Prezident

Bəli, Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: "Ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Bir dənə də olsun çadır düşərgəsi qalmayacağını demişdi. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb, 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib…".

“Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”

Planetimizə qara bulud kimi çökən koronavirus pandemiyasının dünyanın ən inkişaf etmiş ölkələrində hər gün minlərlə can aldığından, minlərlə insanın sağlamlığını təhdid etdiyindən mətbuat, kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsi ilə hər gün yeni məlumatlar əldə edildiyi bir zamanda və hazırda dünyada baş verən hadisələri təhlil etdikdə, bir daha Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Fəxr edirik ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısı almağı bacaran dövlət başçımız var. Bu gəlişi gözəl deyilən sözlər deyil, bu son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadiminin apardığı uğurlu siyasətinin gerçklikləridir. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləridir, xalqına qayğısıdır. Xüsusilə də, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşların sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoydu, bütün diqqəti bu sahəyə yönəltdi. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında Fərman imzalandı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Prezidentin, Birinci vitse-prezidentin bir illik əməkhaqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyinin, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbərliyi üçün böyük stimul oldu. Lakin bütün bu uğurları görə bilməyən xalqa düşmən qüvvələr isə həmişə olduğu kimi, bu dəfə də koronavirusdan yararlanmağa başlayıb.

“Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır”

Dövlət başçısı koronavirus başlayandan radikal müxalifətin çirkin niyyətinə də aydınlıq gətirərək, onları xalqa düşmən qüvvə adlandırıb: "Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq…”.

Prezident çıxışlarında dəfələrlə bildirib ki, həmin radikal müxalifət üçün koronavirus “göydəndüşmə bir hədiyyə” olub: “Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə qarşı çıxırsa, onun bir adı var - düşmənçilik. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır”.

Düşünülmüş styasət - uğurlu nəticələr

Bəli, hər bir çətin anlarda ölkə Prezidenti İlham Əliyevin düşünülmüş və zamanında atdığü uğurlu addım sonda müsbət nəticəsini verir. Məhz bu gün dövlət başçımızın uğurlu və düşünülmüş siyasətinin nəticəsidir ki, ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir.

Avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə dövlət başçımız bildirdi ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Dövlət başçısınının qeyd etdiyi kimi, artıq üç həftədir ki, müsbət dinamika müşahidə edilir. Bütövlükdə isə, pandemiya başlayandan dərhal sonra dövlət tərəfindən bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir. Cənab Prezident müşavirədə bir daha söylədi ki, əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Dövlət başçısı diqqətə çatdırdı ki, koronavirusla bağlı mübarizədə addımlar vəziyyətə uyğun şəkildə atılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar da vəziyyətin ciddiliyini nəzərə almalıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşalmadan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər.

Onu da vurğulamaq istərdim ki, pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinətin verilməsi buna sübutdur. Həmçinin, müşavirədə ölkə Prezidenti vurğuladı ki, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək.

"Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"

Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Bugün ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasəti bunu sübutudur. Və bir daha dönə-dönə bildirmək istəyirəm ki, bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatı mənasız və əsassızdır. Çünki bütün reallıqları xalqımız görür və öz Prezidentinə inanıa və Onun yanındadır. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük!” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilir. Bütün bunlar bir daha onu təsdiqləyir ki, xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacaqdır. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – “Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

ZƏRİFƏ QULİYEVA,

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü,

YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə