Ermənistanda ölənlər doğulanlardan çoxdur "JOVOXURD"

Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, cari ilin 6 ayında ölkədə yeni doğulanların sayı azalıb. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, ötən ilin yanvar-iyununda yeni doğulanların sayı 15 min 893 nəfər olub.

“Qeyd edək ki, 2018-ci ildən başlayaraq, yeni doğulanların sayının azalması tendensiyası davam edir: 2018-ci ilin yanvar-iyununda yeni doğulanların sayı 16 min 261, 2019-ci ilin yanvar-iyununda 16 min 21, altı ay buna qədər isə 15 min 893 nəfəri təşkil edib”, yazan erməni nəşri ölkənin statistika komitəsinə istinad edərək bildirir ki, qeyd olunanlarla paralel şəkildə ölüm sayları da artmaqda davam edir. “Rəsmi məlumatlara görə, bu müddət ərzində 14 min 417 ölüm halı qeydə alınıb”, erməni qəzeti yazır.

Bildirilir ki, ötən ilin yanvar-iyun ayında ölüm sayı 13 min 724, 2018-ci ildə isə 13 min 218 nəfər olub. Digər tərəfdən, respublikada 2020-ci ilin yanvar-iyun ayında 1000 nikah qeydə alınıb, boşanmaların sayı 284-ə çatıb, analoji olaraq həmin rəqəm ötən il 242 nəfəri təşkil edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə