Nikolkimilər insanların yolunu və prinsiplərini poza bilməyəcək" Armen Aşotyan

Gözlənildiyi kimi, bu hakimiyyətlər öz dağıdıcı fəaliyyətlərindən heç bir dərs götürmürlər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Erməninstanın Respublikaçılar partiyası sədrinin müavini Armen Aşotyan öz Facebook səhifəsində yazıb.

"Ölkənin ardıcıl zəifləməsinin məcburi komponenti, əsas səbəbi, ədalət mühakiməsi sistemi əsasında deyil, Nikol Paşinyanın dar maraqları naminə siyasi rəqiblərə qarşı cinayət işlərinin hazırlanmasıdır.
Bu gün məlum oldu ki, üçüncü prezidentə qarşı yalan ifadə verməkdən imtina edən Robert Nazaryan, Nikolun təlxəkələri tərəfindən uydurulan və Serj Sarkisyana qarşı nəzərdə tutulan uydurma iddialarla əlaqədar tutulmuşdur.
Bunun resepti çox sadədir. Beləki, başqa biri hədəf seçilir, sonra da bəzi başlanmış iş çərçivəsində insanlara "azadlığa şəhadət" formulu ilə yalnış ittihamla, uydurma məqsədlə təzyiq edilir. Budur, şou hazırdır.
Bu formula yalnız insan zəif və mənəviyyatdan məhrum olduqda işləyir. Bununla belə, Robert Nazaryan sübut etdi ki, Ermənistanda bir ovuc Nikolkimilər, insanların yolunu və prinsiplərini poza bilməyəcək", deyə Armen Aşotyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə