“Türkiyə-Azərbaycan hərbi təlimləri şəraitində Ermənistanın döyüş hazırlığı lazımdır” Tiqran Abramyan

Genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi təlimləri kontekstində, müxtəlif dərinliklərdə hərəkətlərini, konsentrasiyalarını və taktiki təlimlərini izləməkdən əlavə, qoşunları lazımi döyüş hazırlığı vəziyyətinə gətirmək lazımdır. SİA Ermənistanın tert.am saytına istinadən xəbər verir ki, bu sözləri "Anaket" ("Dəstək nöqtəsi") analitik mərkəzinin rəhbəri, qondarma Dağlıq Qarabağ Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Tiqran Abramyan deyib.

Mərkəzin rəhbəri, keçmiş müşavir vəziyyətin təhlükəli dərəcədə olduğunu etiraf edib. “Təhlükə dərəcəsindən asılı olaraq Silahlı Qüvvələrin Baş Qərargahı bəziləri gizli rejimdə olmaqla, müxtəlif qərarlar verir. Ermənistan Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin döyüş hazırlığının sürpriz yoxlanılması barədə rəsmi açıqlaması da bu kontekstdə nəzərə alınmalıdır.

Xüsusilə bu mərhələdə Azərbaycan və Türkiyənin diplomatik, siyasi, hərbi, iqtisadi, lobbi və təbliğat hərəkətləri böyüdücü şüşə altında nəzərdən keçirilməli və təhlil edilməlidir”, deyə Tiqran Abramyan bəyan edib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz Feysbuk səhifəsində Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlanılması planına əsasən, bu səhər Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Silahlı Qüvvələrin, hərbi hissələrin ilk eşelonunun formalaşmasına rəhbərlik etdiyini bildirib. Məqsəd qoşunların döyüş effektivliyini, hazırkı vəziyyətdə əməliyyat tədbirləri görmə qabiliyyətini yoxlamaqdır. Həmçinin alt bölmələr və yardım qüvvələri arasında qarşılıqlı əlaqə məsələlərinin də yoxlanılması planlaşdırılır ki, bütün bu yoxlamalar müharibə, döyüş olacağından və bu vəziyyətə Ermənistanın hazırlıqsızlığından, Ermənistan ordusunun qarşı dura bilməyəcəyi əminliyindən dolayı qorxunun təzahürüdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə