Rəşad Mahmudov: "Ənənələrimiz pandemiya şəraitində təhlükəli ola bilər" ÖZƏL - AÇIQLAMA
"Azərbaycan xalqı üçün bayram dostluğu, sevgini, süfrəni paylaşmaqdır. Bayram günlərində tarixən öyrəşmiş olduğumuz böyüklərin əllərindən öpmək, qucaqlaşmaq, qohumların və ailələrin bir yerə yığışaraq bayramı qeyd etmək kimi ənənələrimiz, əfsuslar olsun ki, bugünkü pandemiya şəraitində çox təhlükəli nəticələrə səbəb ola bilər". Bu sözləri SİA-ya özəl açıqlamasında Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov deyib.
"İnsanları halallığa, paklığa, bölüşməyə səsləyən, islam aləminin ən qədim və müqəddəs bayramlarından biri olan Qurban Bayramınız Mübarək!
Azərbaycan xalqı üçün bayram dostluğu, sevgini, süfrəni paylaşmaqdır. Bayram günlərində tarixən öyrəşmiş olduğumuz böyüklərin əllərindən öpmək, qucaqlaşmaq, qohumların və ailələrin bir yerə yığışaraq bayramı qeyd etmək kimi ənənələrimiz, əfsuslar olsun ki, bu günki pandemiya şəraitində çox təhlükəli nəticələrə səbəb ola bilər. Doğmalarımızla birlikdə olsaq belə, aramızdakı məsafəni bacara bildiyimiz qədər qorumalı, maskadan düzgün bir şəkildə istifadə etməli və əllərimizi tez-tez yumaq alışqanlığımızı heç unutmamalıyıq" - deyə, millət vəkili bildirib.
Bunların həm bizim, həm də sevdiklərimizin, ailələrimizin, əzizlərimizin təhlükəsizliyi və sağlamlığı üçün çox önəmli olduğunu deyən Rəşad Mahmudov vurğulayıb ki, hazırda yaşadığımız psixoloji, tibbi, iqtisadi və s. gərginliklər əhatəsində, bir də yaxınlarımızın xəstəliyi ilə sınağa çəkilməyək: "Bir daha hər kəsin Qurban Bayramını təbrik edir, xalqımıza xas olan mərhəmət və paylaşmaq hisslərinin daimi olmasını arzulayıram. Tanrıdan ən böyük diləyim bütün dünyanı bürüyən bu bəlanın tezliklə başımızın üzərindən uzaqlaşmasıdır! Allah kəsilən bütün qurbanları qəbul etsin!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB