Hacıqabul rayon Polis Şöbəsinin yeni inşa olunmuş inzibati binasının açılışı olub. SİA-nın Aran bürosunun məlumatına görə, ötən ildən Daxili İşlər Nazirliyi tərəfindən inşasına başlanılan bina 3 mərtəbədən və ümumilikdə 35 otaqdan ibarətdir.
Bina tarixi memarlıq üslubunda inşa edilib. Bütün otaqlar yeni mebel dəstləri ilə, eyni zamanda lazımı avadanlıqla təmin olunub. Bu gün səhər saatlarında daxili işlər naziri Ramil Usubov Hacıqabul rayonuna gələrək Polis Şöbəsinin yeni binasının açılışında iştirak edib. Nazir burada yaradılan şəraitlə yaxından tanış olub və əməkdaşlara tövsiyə, tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB