Cari ilin 4-5 may tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Monteneqronun Xarici İşlər və Avropa İnteqrasiyası Naziri Milan Roçenin dəvəti ilə Monteneqroya rəsmi səfər edib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı 4 may 2011-ci il tarixində Elmar Məmmədyarov Monteneqronun Xarici İşlər və Avropa İnteqrasiyası Naziri Milan Roçen ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib. Elmar Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı mədəniyyət, təhsil sahələrində də ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə həmkarına geniş məlumat verib. Ölkəmizdə sürətli inkişafın əyani şahidi olduğunu qeyd edən M.Roçen Monteneqro ilə Azərbaycanın uğurlu əməkdaşlığına inandığını bildirmişdir. Tərəflər ölkələr arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsi barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB