Razi Nurullayevin MCP-si hesab edir ki, Əli Kərimli və partiyası xəyanətkar və satqındır!
Hazırkı dövrə qədər, AXCP adını zorla mənimsəmiş və işğal etmiş Əli Kərimliyə qarşı etiraz əlaməti olaraq onun təşkilatından yüzlərlə şəxs istefa verib ya da ayrı-ayrılıqda siyasi partiya yaradaraq fəaliyyətlərini öz istiqamətlərində qurublar. Onlardan biri də, vaxtilə Ə.Kərimlinin müavini olmuş Razi Nurullayevdir. Qeyd edək ki, R.Nurullayev uzun müddət sədri olduğu partiyasını alternativ AXCP olaraq idarə edirdi, bu günlərdə isə o MCP (Milli Xalq Cəbhəsi) adlı siyasi təşkilat yaradaraq bu partiyanın sədri olduğunu bəyan edib.
Bəyanatdan: “AXCP adından imtina edir, siyasi proseslərdə partiya olaraq iştirakımıza hüquqi zəmin yaratmaq üçün Milli Cəbhə Partiyası təsis etdiyimizi elan edirik”
Bu amil həm də onu təsdiq edir ki, R.Nurullayev MCP adlı siyasi təşkilatını təsis edərkən, Ə.Kərimliyə qarşı haqlı ittihamlarını irəli sürüb. SİTAT: “Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritarizm, fərqli fikrə dözümsüzlük və partiya sədrliyindən əl çəkməməsi təşkilatı öz mübarizə strategiyasından və taktikasından yayındırmış, partiyada Əbülfəz Elçibəy ideyaları arxa plana keçirilmiş, şəxsi mənafelər və kosmopolit düşüncələr sistemi hakim kəsilmişdi. Ona görə də AXCP növbəti dəfə 2015-ci ildə bu böhranı yaşamalı oldu. Nəticə etibarı ilə AXCP toparlana bildi. Qurultaydan keçən dövr ərzində partiya xeyli güclənmiş, demokratik prinsiplər bərqərar olunmuş, partiyaya kifayət qədər milli ruhlu insanlar cəlb edilmiş, cəbhəçilər demokratik prinsiplərlə idarə olunan partiyaya sahib çıxmışlar”.
“Bütün bunları nəzərə alaraq, AXCP adından imtina edir, siyasi proseslərdə partiya olaraq iştirakımıza hüquqi zəmin yaratmaq üçün Milli Cəbhə Partiyası təsis etdiyimizi elan edirik”, deyə qeyd edilən bəyanatda o da bildirilir ki, onlar bu addımla müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış olurlar: “Eyni zamanda, fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür”.
Bu amildən həm də belə nəticə çıxarmaq olar ki, belə bir yeni düşüncəli siyasi müxalifət partiyalarının yaranması eyni zamanda satqın, xəyanətkar və əsasən, Əli Kərimli kimi siyasi manqurtların çıxdaş olunması üçün mühüm addımlardır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB