Prezident 2011-2013-cü illərdə Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq edib

Prezident 2011-2013-cü illərdə Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək; İqtisadi İnkişaf və Maliyyə nazirlikləri ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamda qeyd olunur ki, İqtisadi İnkişaf Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat versin.

Bütün xəbərlər Facebook səhifəmizdə