Şamaxı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilib - FOTO
Bu gün Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatı rayon gənclər və idman idarəsi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, abidə önünə tər çiçəklər düzüblər.
Sonra Şamaxı payon partiya fəalları, ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü təntənəli şəkildə qeyd ediblər. Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov iclası açaraq Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan danışıb, ulu öndərin ölkəmizin bütün sahələrində, o cümlədən idmanda apardığı islahatları, yürütdüyü siyasəti diqqətə çatdırıb.
YAP Şamaxı rayon təşkilatının aparat rəhbəri Altay Məmmədov ötən əsrin 90-cı illərində baş verən hadisələrə diqqət çəkib, ümummilli liderin Moskvadan Bakıya, sonra Naxçıvana qayıdışı barədə tədbir iştirakçılarına məlumat verib. YAP-ın o dövrün ictimai-siyasi hadisələri fonunda yaranma zəruriyətindən danışıb.
YAP Şamaxı rayon təşkilatının Şura üzvü Habil Əzimov isə çıxışında əsasən Heydər Əliyevin Azərbaycan iqtisadiyatının yenidən qurulmasında gördüyü işlərdən danışıb, mövzu barədə ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB