“Xristian ölkələrinin Azərbaycanı dəstəkləməsi ermənilərə şok effekti verib” ÖZƏL-MÜNASİBƏT
Bilirik ki, Ermənistanın vandalizm xisləti həmişə olub və olacaq. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.
Təşkilatın sədri qeyd edib ki, son zamanlar dünya ictimaiyyətinin və bir çox dövlətlərin Ermənistanı işğalçı dövlət kimi tanıması ermənilərin dırnaqarası fəallarını daha da vandalizm əməlləri törətməyə vadar edir.
“Bildiyimiz kimi, bütün xarici diplomatların xüsusi imtiyazları və toxunulmazlıqları var. Buna baxmayaraq? ermənilər hələ çox əvvəllər də türk diplomatlarını qətlə yetirmişlər. Lakin dünya buna susur. Söylədiyim kimi, ermənilər bu problemi etnik, dini bir problemə çevirməklə, haradasa xristian ölkələrini öz tərəflərinə çəkmək niyyətindədirlər. Lakin son zamanlar xristian ölkələrinin, məsələn, Ukraynanın, İtaliyanın Azərbaycanı dəstəkləməsi ermənilərə böyük mənfi şok effekti verib. Çox sevindirici haldır ki, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi də Ermənistanı işğalçı dövlət kimi tanıyır və qınayır. Son zamanlar xaricdə yaşayan həmvətənlərimizə edilən hücumlarla ermənilər bizim milləti qarşıdurmaya sürükləmək istəyir. Lakin onların bu bəd niyyəti ürəklərində qalacaq. Millətimiz belə ucuz hərəkətlərə qarşıdurma ilə deyil, beynəlxalq hüquq, Ali Baş Komandanın əmrləri, dünya azərbaycanlılarının həmrəyliyinə söykənərək layiqincə cavab verəcəklər. Ermənilər bu gün istər cəbhədə, istər xaricdə tökdüyü hər damla qan üçün cavab verəcək”, deyə Ruhiyyə Aslanova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB