“Ermənistan-Azərbaycan müharibəsi ABŞ Konqresində son həddədir” Suren Sarkisyan
Ermənistan ordusu Ermənistan-Azərbaycan sərhəddində güclə toparlanarkən Konqresdə əsl Ermənistan-Azərbaycan müharibəsi gedir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə politoloq Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.
Politoloq öz səhifəsinə Ermənistanın durumunu xarakterizə edən status paylaşıb və xüsusilə ABŞ Senatının məlum son qərarına köklənərək pessimist əhvalı gizlətməyib.
“Hal-hazırda vəziyyətimiz belədir ki, ən böyük anti-Ermənistan qətnaməsi qəbul edildi və Senata göndərildi.
Konqres üzvlərini çağırmaq və onlara təzyiq göstərmək məsələsində erməni icmasının müstəsna fəaliyyətini qeyd etməliyəm və lobbiçilərin fövqəladə təşkilatçılıq istedadları haqqında da deməliyəm. Təsəvvür etdiyiniz kimi, müharibə bütün cəbhələrdə davam edir”, deyə Suren Sarkisyan yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB