Kremlin Ermənitanla bağlı strateji planında dəyişiklik istisna deyil - ŞƏRH ÖZƏL

Kremlin Ermənitanla bağlı strateji planında dəyişiklik istisna deyil - ŞƏRH ÖZƏL

"Tovuz istiqamətində gedən əməliyyatlar və Azərbaycan ordusunun düşmənə endirdiyi zərbələr əlbəttə ki, Ermənistanda və Paşinyan tərəfdarlarında ciddi təlaş doğurub. Bununla əlaqədar Ermənistan KİV-lərində, Ermənistan ictimaiyyətində Paşinyan iqtidarının ünvanına söylənilən tələblərdə artıq kin və küdurəti hiss etməmək olmur. Tələblərin bir qismi də konkret olaraq Paşinyanın istefası ilə bağlıdır. Bu həmçinin Qarbağ klanının kifayət qədər fəallaşması kimi də qiymətləndirilə bilər". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, digər tərəfdən Paşinyan iqtidarının həyata keçirdiyi siyasət və onun qərbə boylanması və yaşanan fəlakətlərdə Rusiyanı günahlandırması Kremli məmnun etmir və bu mənada Ermənitanla bağlı strateji planlarında dəyişikliklər etmək istəməsi istisna deyil: "Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşmasında maraqlıdır və bu mənada Qarabağ klanına etdiyi maliyyə və siyasi dəstəyi ehtimal ki, gücləndirəcək. Bunun ardınca ABŞ Konqresinin Nümayəndələr Palatası da bütün bu müddət ərzində Ermənistanın işğal etmiş olduğu Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə köçürmə siyasətinin həyata keçirilməsi və aparılan danışıqların mahiyyətini alt-üst etməsi ilə bağlı məqamları ABŞ Konqresinin Nümayəndələr Palatası da nəzərə alıb. Nümayəndələr Palatası Dövlət Departamentinə, Müdafiə Departamentinə və Pentaqona göndərdiyi mesajların mahiyyəti bundan ibarətdir ki, bu amillər hər iki dövlət qurumu tərəfindən nəzərə alınsın. Eyni zamanda Konqresin qəbul etdiyi bu düzəliş hər halda ABŞ diplomatiyasının bu istiqamətdə yəni, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlərdə kifayət qədər fəallaşmasından xəbər verir. Ona görə də, Paşinyan iqtidarının hakimiyyətdən kənarlaşdırılması bu mənada Rusiyanın strateji planlarına xətər verən bir amil kimi dəyərləndirmək olar".

Politoloq bildirib ki, Azərbaycan iqtidarının dəstəyi nəticəsində baş verən hadisələr ABŞ və Avropa ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə keçirilən tədbirlərə münasibət birmənalı ola bilməz: "Tədbirlərin keçirilməsi alqışlanmalıdır. Bütün bu hallarda bu tədbirlər ABŞ Konqresinin, siyasi elitasının, ictimaiyyətinin, mətbuatının bu məsələlərə diqqətinin yönəldilməsi baxımından vacib və əhəmiyyətlidir. Lakin tədbirlərin keçirilməsi zamanı bu tədbirlərin uğuruna bu və ya digər formada məsuliyyət daşıyan ABŞ-dakı diplomatik nümayəndə heyyətimizin işinin kifayət qədər yüksək səviyyədə olmaması, düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yeni rəhbərliyinin diqqətindən yayınmayacaq. Los Ancelesdə keçirilən tədbir zamanı Azərbaycan diasporasının nümayəndələrinin ermənilər tərəfindən kobud rəftara məruz qalması, Azərbaycan bayrağı ilə münasibətdə rəftar, şəhid generalımız Polad Həşimovun şəkillərinin yandırılması və s. bütün bunlar təkcə diasporamızda deyil, bütün Azərbaycan ictimaiyyətdə dərin hiddət və qəzəb doğurub".

E.Manafov vurğulayıb ki, XİN-nin yeni rəhbərliyi məhz Azərbaycan Prezidenti tərəfindən bizim diplomatoyamızın müdafiə deyil hücum doktrinasının prinsipləri zəmnində işlənilməsi ilə bağlı mövqeyini bu istiqamətdə gücləndirməli və yəqin ki, həmin şəhərlərdə Azərbaycan diplomatiysını təmsil edən konsulların dəyişdirilərək, günün tələblərinə cavab verən diplomatlarla əvəz edilməsi istiqamətində təxirəsalınmaz və vacib qərarlar qəbul etməlidir: "Diplomatiyamızın məhz bu istiqamətdə atacağı addımlar bütövlükdə ATƏT-in formatının deyil, iş metodlarının dəyişdirilməsini özündə ehtiva etməlidir. Düşünürəm ki, XİN məhz bu istiqamətdə onun qarşısında dayanan vəzifələrin nə qədər məsuliyyətli olduğunun fərqinə varır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə