“Ermənistana dəyən ziyan 150 milyondur” Suren Papikyan

“Ermənistana dəyən ziyan 150 milyondur” Suren Papikyan

Bu gün Ermənistan hökumətinin iclasında Tavuş bölgəsini maliyyə mənbələri ilə təmin etmək barədə qərar qəbul edilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qərar Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə əlaqədardır.

Məlumata görə, Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan Tavuş bölgəsinin sərhəd icmalarının təxminən 150 milyon dram ziyan gördüyünü söyləyib və buna görə prioritet məsələ olaraq Tavuşun regional idarəçiliyinə 25 milyon dram ayırmaq təklif olunub.

Baş nazir Nikol Paşinyan bildirib ki, bərpa işləri üçün təcili olaraq ilkin vəsait tələb olunur: “Təkcə sərhəd kəndlərinin bərpası ilə iş bitmir, Ermənistan yalnız sərhəd kəndlərindən ibarət deyil. Müəyyən bir proqram həyata keçirmək tələb olunur”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə