“Paşinyan Rusiya ilə konstruktiv dialoqa qadir deyil” Tiqran Keosayan
Əlbətdə ki, Marqarita Simonyanın hazırkı Ermənistan hakimiyyətinə ünvanladıqlarının altından özüm də imza atıram. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Margarita Simonyanın əri Tiqran Keosayan öz Facebook səhifəsində yazıb.
“Marqaritanın müraciəti dərc edildiyi gündən, Ermənistandan olan insanlar sosial şəbəkələrdə mənə yazırlar.
Müxtəlif formalarda mənə and verirlər, hətta tələb edirlər ki, həyat yoldaşımı döyüm, ya da təcili olaraq soyadını dəyişdirim. Bəzi saytlarda bu cəfəngiyat üçün imzalar toplusu da təşkil edirlər. Bu gülməlidir. Eyni zamanda kədərlidir.
Çünki bütün bu cəfəngiyat yalnız bir şeydən, bədnam təxribatçı Paşinyan başda olmaqla bütün sorosçuların xalqıma etdiklərindən danışır.
Kimsə bu yazımı Marqaritanı qorumaq üçün yazdığımı düşünürsə, sizə məlumat vermək istəyirəm ki, Rusiya-Ermənistan münasibətlərinin və Paşinyan hakimiyyətinin tamamilə yalan olduğu barədə həqiqətləri cəsarətlə deyən bir qadının müdafiəyə ehtiyacı yoxdur.
Öz postu ilə erməni cəmiyyətini oyandıran Marqarita deməli artıq Ermənistanın gələcəyi üçün çox işlər gördü. Axmaqları xilas etmək mümkün deyil, amma ağıllılar bunu başa düşdülər ki, Paşinyan erməni toplumunu onu müdafiə edən qan damarı sistemindən məhrum etməklə respublikanı özünüməhv yoluna çıxardı. Burada dostluq barədə cəfəngiyatlar da artıq işə yaramayacaq.
Paşinyan Rusiya ilə konstruktiv dialoqa qadir deyil. Hakimiyyəti bunun üçün ələ keçirməyib və indi insanları zombiləşdirir.
Düşünmürəm ki, türk-erməni olmaqla iki cəbhədə gedən müharibə, sağlam düşüncəli insanlarda nikbinlik oyatsın.
Ermənistanın özünün gələcək mövcudluğu müzakirə mövzusudur. Ermənistanın indiki rəhbərliyi ilə gələcəyi varmı? Məncə, yox. Həm də bu təkcə mənim firkin deyil”, deyə Tiqran Keosayan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB