Təəssüf və acı doğuran məqamlardan biri də budur ki, Azərbaycan dövləti nə zaman uğur və qələbə istiqamətində addımlayırsa, onun bu addımlarına qarşı qara yaxmağa çalışan, hətta mövqeyindən sui-istifadə etməklə kirli maraqlarını istifadə etməyə cəhd göstərən ünsürlər də üzə çıxırlar. Bunun isə bir adı var XƏYANƏT..!
Bu xəyanəti illərdir ki, siyasi müstəvidə, daha dəqiq desək, siyasi müxalifətçilik yönündə törədənlərin başında daha çox AXCP sədri Əli Kərimlinin dayanması kimsəyə sirr deyil.
Bu adam hətta öz partiyası daxilində liderinə qarşı xəyanət etmiş şəxsdirsə, əslində həmin məsələdən təəccüb etməyə də dəyməz
Ümumiyyətlə, bu gün Əli Kərimli deyərkən, xəyanət, satnıqçılıq, riyakarlıq və bu xüsusda mövcud olan bütün ifadələri ona aid etmək çətinlik yaratmır. Bu adam hətta öz partiyası daxilində liderinə qarşı xəyanət etmiş şəxsdirsə, əslində həmin məsələdən təəccüb etməyə də dəyməz. Amma bununla yanaşı, Əli Kərimlinin ifşa edilməsi, hansı tipli ünsürə malikliyi barədə tez-tez danışmaq, yazmaq lazımdır ki, insanlar onun hansı “yuvanın quşu” olduğunu anlasınlar, ziyanlı yoldan zamanında geri çəkilsinlər.
Elə götürək erməni təxribatı nəticəsində baş vermiş Tovuz hadisələrini və bu hadisələr zamanı xalqın paytaxtda ümummilli yürüş etməsini. Milli-vətənpərpəvrlik ruhunda küçələrə axışam minlərlə soydaşımız düşmənə meydan oxuyur, yağılarla döyüşməyə hazır olduqlarını şüar olaraq çağırırdılar. Ancaq bu qürurverici addımdan çirkin məqsədləri üçün istifadə edənlər də tapıldı və onların başında dayananlardan biri də məhz AXCP sədri Əli Kərimlinin olması artıq sübuta yetirlib.
Xəyanətin nə buynuzu, nə quyruğu, nə də başqa heç nəyi olmur...
Bunu isə biz deyil, elə Milli Məclis binasına soxularaq təxribat yaratmaq istəyən qrupların əməllərindən agah olan, elə buna görə də AXCP sıralarından istefa verdiyini bəyan edən cəbhəçi deyir. Məlum olub ki, ACXC-nin rəyasət heyətinin üzvü Asif Yusifli çağırış edərək, cəbəhçilərin yürüşə qatılmalarını istəyib və özündə vətənpərvərlik borcu hiss edənlər əsas məsələdən xəbərdar olmadan yürüşə qatılıblar. Lakin...
Lakin sonradan nəyin-nə olması tam çılpaqlığı ilə ortaya çıxır. “Biz orada Asif Yusifli ilə görüşdük”, deyən cəbhəçi əlavə edib ki, 4Asif onlara Milli Məclisi tutacaqlarını, hakimiyyəti ələ keçirəcəklərini, üstəlik Əli Kərimlinin “prezident” olacağını bildirib. SİTAT: “Mən gördüm ki, onun məqsədi orduya dəstək yox, orduda qarşıdurma yaratmaq, xalqı bir-birinə qarşı çıxarmaqmış. Mən gördüm ki, məqsəd məni və mənim kimi insanları aldatmaqmış, yüzlərlə də insan aldanıbdır. Buna görə də mən AXCP-dən istefa verirəm, xahiş edirəm ki, müvafiq qurumlar bu barədə araşdırma aparsın və tədbirlər görsün”.
Göründüyü kimi, xəyanətin nə buynuzu, nə quyruğu, nə də başqa heç nəyi olmur, xəyanət sözünün özündə elə onun nə demək olduğu göz önündədir. Hər halda, cəbhəçinin sosial şəbəkə vasitəsi ilə açıqladığı faktların müvafiq qurumların nəzarəti altında olmasına da şübhə etmirik.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB