"Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququ var" ÖZƏL - AÇIQLAMA

"Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququ var" ÖZƏL - AÇIQLAMA

"Azərbaycanın öz ərazilərini Ermənistanın işğalçı hərbi birləşmələrindən azad etmək hüququ var. Bu, BMT-nin 51-ci maddəsində, BMT-nin Təhlükəsizlik Şurasının qərarlarında öz əksini tapmışdır". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında aparılan danışıqlar ola bilsin ki, bir müddət dayandırılsın, buna səbəb də məhz Ermənistan tərəfinin əl atdığı son təxribatlardır: "Artıq açıq-aşkar şəkildə aydın məsələdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ərazi güzəşti etmək fikrində deyil, belə olan təqdirdə də beynəlxalq təşkilatlar və həmsədr ölkələr qarşısında bu məsələni qətiyyətlə qaldırmalıyıq. Əgər Ermənistan beynəlxalq hüquqla tələb olunan torpaqları geri qaytarmaq istəmirsə, o zaman danışıqların davam etdirilməsinin əsas məqsədi nədir? Biz artıq bir-neçə dəfə qeyd etmişik ki, Azərbaycanın öz ərazilərini qeyri-Azərbaycan hərbi birləşmələrindən, daha doğrusu torpaqlarını işğal etmiş şəxslərdən və hərbiçilərdən azad etmək hüququ var. Bu, BMT-nin 51-ci maddəsində, BMT-nin Təhlükəsizlik Şurasının qərarları və digər təşkilatların, qətnamələrində və sənədlərində də öz əksini tapmışdır".

Politoloqun fikrincə, Rusiya ilə Dağlıq Qarabağ danışıqlarına start vermək lazımdır və görüşlərdə Rusiya qarşısında məhz, işğal altında olan torpaqlarla bağlı məsələ qaldırmaq lazımdır çünki, bu illər ərzində aparılan danışıqlar və Nikol Paşinyanın gəlişindən sonra aparılan danışıqlar bir daha onu göstərdi ki, Ermənistan və Azərbaycan arasındakı danışıqların nəticəli bitəcəyinə ümid çox azdır və regionun kuratoru olan ölkələr də bu məsələ ilə bağlı qəti və praktiki addımlar atmaq lazımdır: "Hazırda, faktiki olaraq atəşkəsdir. Baş nazir Nikol Paşinyan isə bu atəşkəs vaxtı Ermənistanın daxilində öz siyasi, dırnaqarası "islahatlarını" həyata kerçirməyə sərf edir. Hərhalda biz görürük ki, Ermənistan daxilindəki proseslər Nikol Paşinyandan asılı deyil və bu, təkcə ayrı-ayrı şəxslərdən də asılı deyil. Ermənistanda baş verən hadisələr birbaşa onların havadarlarından asılıdır. Eyni zamanda bu gün erməni xalqı açıqca demək lazımdır ki, torpaqlarla bağlı kompromisə hazır deyil".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə