Dünya liderləri "Əl Qaidə"nin intiqam alacağından narahatdırlar

Dünya liderləri "Əl Qaidə"nin intiqam alacağından narahatdırlar

"Əl Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsindən sonra dünya liderləri terror təşkilatının intiqam almaq məqsədilə terror aktları təşkil edəcəyinə dair xəbərdarlıqlar səsləndirirlər.

SİA-nın xəbərinə görə, başda ABŞ olmaqla bir çox ölkə təhlükəsizlik tədbirlərini artırır.

Terror təşkiları liderlərinin məlumat mübadiləsi üçün istifadə etdikləri bir internet saytında isə üzvlərdən biri foruma intiqam andları yazıb.

ABŞ dünya miqyasındakı bütün amerikalılara təhlükəzilik xəbərdarlığı edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta "Əl Qaidə"nin böyük ehtimalla Bin Ladenin öldürülməsinin intiqamını alacağını bildirib.

"İnterpol"un da xəbərdarlığı ilə bir çox Avropa ölkəsində də təhlükəsizlik tədbirləri artırılıb, vətəndaşlardan ayıq-sayıq olmaları istənilib.

İngiltərənin baş naziri Devid Kemeron hər zamankından daha sayıq olunmasının vacibliyini vurğulayıb və insanları aksiyalardan, qələbəlik məkanlardan uzaq olmağa çağırıb.

Avropa Birliyinin xarici siyasət komissarı Ketrin Aşton da intiqam təhdidlərinin ciddi olduğunu bildirərək "Əl Qaidə" şəbəkəsini tamamilə dövrədən kənarda buraxmaq üçün göstərilən səylərə diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb.

Bin Ladenin öldürülməsini önəmli uğur adlandıran NATO isə 150 min əsgərlə Əfqanıstanın yenidən radikallığın mərkəzi olmaması üçün çalışacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə