"Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən sonuncu hadisələr 1994-cü ildə iki ölkə arasında əldə olunmuş atəşkəsdən bəri növbəti böyük, hər iki tərəfdən ölümlə nəticələnən ciddi pozuntu faktıdır. Diqqət etsək, bu hadisənin Dağlıq Qarabağ məsələsi, yaxud, separatcı qüvvələrin yeni ərazi iddiaları ilə bağlılığının olmadığını görərik". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, qarşıdakı düşmən öz siyasi hakimiyyətini qoruyub saxlamaq ücün ən ağır döyüşlərdən belə faydalanmağa hazır erməni iqtidarıdır: "Bu baxımdan Paşinyan ondan əvvəl Ermənistana rəhbərlik edən digər şəxslərdən fərqlənmir. İndiki Ermənistan hakimiyyəti də ölkədəki siyasi böhranı aradan qaldırmaq, opponentlərin və onların arxasınca gedən kütlənin gözünü qorxutmaq niyyətini gerçəkləşdirmək üçün çəbhə bölgəsində vəziyyəti süni şəkildə gərginləşdirməyə əl atır.
Bu gün Paşinyan hakimiyyətə gəldiyi zaman verdiyi vədlərin qarşısında aciz qalıb. Bu vədlərin heç biri həyata vəsiqə qazanmayıb. Pandemiya dövründə Ermənistanda sosial-iqtisadi vəziyyət daha da pisləşib. Belə bir durumda cəbhədə vəziyyəti gərginləşdirmək Paşinyan üçün ən optimal variantlardan biri ola bilər. Atəşkəsin pozulmasının səbəbləri sırasında digər ehtimallar da səslənir, bura münaqişəyə üçüncü ölkəni cəlb etmək, Azərbaycana hansısa məsələlərdə təzyiq və s. var.
Amma illərin sübut etdiyi reallıq var. Nə qədər ki, Ermənistanda siyasi vəziyyət tam sabitləşməyib, ölkədə sosial problemlər cözülməyib, atəşkəsin pozulması ilə spekulyasiya çəhdlərinin davamlı olaçağı şübhə doğurmur. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan ücün hec bir beynəlxalq hüquq norması, qadağa yoxdur, əks təqdirdə bundan əvvəl də dəfələrlə atəşkəsin pozulmasına əl atmazdı.
Atəşkəsin son günlər ərzində fasiləli döyüşlə pozulması bir necə digər məsələni də çılpaqlığı ilə ortaya qoyur. Bunlardan biri, Ermənistanla sülh danışıqlarına getməyin mənasız olduğu, erməni tərəfinin sülhə xəyanət etdiyi, sülh danışıqlarının dinamikasının pozulmasıdır. Cünki onsuz da cətin kecən sülh danışıqları son olaydan sonra daha da cətinləşmiş olur.
Digər mühüm məqam isə Azərbaycanın Dağlıq Qarabağ məsələsində nümayiş etdirdiyi psixoloji üstünlüyüdür. Azərbaycan cəmiyyəti Ali Baş Komandanın ətrafında birləşərək tam qələbəyə köklənib, canlı itkilər döyüş əzmini azaltmayıb, əksinə daha da artırıb. Yalnız döyüş bölgəsində yox, döyüş bölgəsindən kənarda da düşmənin hərbi müdaxiləsinə psixoloji müqaviməti görmək mümkündür.
Təbii ki, bu psixoloji hazırlığın, güclü qələbə əhval-ruhiyyəsinin Azərbaycanın haqlı mövqedə olması ilə yanaşı, hərbi potensialına olan inamla da ciddi bağlılığı var.
Söhbət ondan gedir ki, Azərbayçandakı indiki vəziyyət hərbi baxımdan əski vaxtlardan kəskin fərqlənir. Bu gün döyüşdə müvəffəqiyyət qazanmaq hərbi potensiala, silah-sursata, döyüş hazırlığına bağlı məsələ kimi ölkənin qarşısında problem olaraq dayanmır. Azərbayçanda gedən sosial-iqtisadi inkişaf ölkənin hərbi potensialının da güclənməsi ilə müşahidə olunub. Hazırda Azərbaycanın böyük rəqəmlərlə ifadə olunan hərbi büdcəsi, dünyanın ən güclü 50 ordusu sırasında yer alan ordusu var. Atəşkəsin pozulması, bu faktın daha dərinə gedə bilməsi ehtimalı bu cəhətdən cəmiyyətdə hər hansı bir “panika”ya, xofa, müvəffəqiyyətsizliyə əsas verə bilmir.
Vurğulanması vacib amil Azərbaycan hakimiyyətinin mövcud pandemiya ilə əlaqədar yaşanan iqtisadi durğunluğa rəğmən, hərbi büdcəsinə yenidən baxacağını bəyan etməsidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə bağlı konkret tapşırıqlarını verib: “Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın. Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər. Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq”.
Qeyd edək ki, prezident İlham Əliyevin dönəmində hərbi sahə dövlət siyasətində xüsusi prioritetlik qazanıb və bu sahəyə də vəsaitlər dinamik olaraq artırılıb. Ölkənin hərbi büdcəsi stabil qalmayıb, neft gəlirlərinin açdığı imkan sayəsində rəqəmlər sürətlə dəyişib. Hökumət neftin ölkəyə gətirdiyi kapitalı büdcəyə yönəldərkən, burada, ilk növbədə, hərbi xərclərin artırılmasını əsas götürüb. Bunun nəticəsində dövlət büdcəsində hərbi büdcə xeyli irəliləyib.
Hazırda bütün dünyada pandemiya ilə əlaqədar baş verən iqtisadi geriləmələr Azərbaycandan da yan keçmir və buna baxmayaraq prezident hərbi sahəyə diqqəti kənara qoymaq niyyətində deyil. Bu mövqe indiki şəraitdə ən doğru mövqedir.
Belə ki, Dağlıq Qarabağ məsələsində durum kifayət qədər qəlizləşib. Bölgədə sabitliyin ermənilər tərəfindən pozulması, Ermənistanda siyasi vəziyyətin qarışması, eyni zamanda, konfliktin həlli yönündə beynəlxalq müstəvidəki ayrı-ayrı müzakirələrin xoşagəlməyən məcrada getməsi Azərbaycandan hərbi siyasətini daha da gücləndirməyi tələb edir. Hərbi sahəyə artımlar da bu siyasətin vacib tərkib hissəsidir.
Azərbaycan atəşkəsin pozulması səbəbindən bu gün ciddi şəkildə hərbi stiuasiyanın içərisindədir, belə bir vəziyyət hərbi xərcləri stabil saxlamamağı ortaya qoyur. Fakt ondan ibarətdir ki, ermənilərin sərhəd boyu pozduğu atəşkəsə Azərbayçan tərəfindən cavab reaksiyası var və bu da müharibənin getməsi, deməli, vəsait xərclənməsi deməkdir. Eyni zamanda, Azərbaycan Ermənistanla müharibənin növbəti dalğasına hazırlığını daha da artırmağı hədəfləyir, çünki artıq burada itirilən torpaqların geri alınması prinsipial şəkildə qarşıya qoyulur.
Hərbi xərclərin artımı təkcə rəqəmlərdən ibarət fərəhləndirici iqtisadi göstərici kimi qavranmamalıdır. Bu, həm də Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin, açıq desək, müharibə ilə ilgili planlarının dünyaya təbliğidir. Beynəlxalq aləm ermənilərin heç bir hüquq çərçivəsinə sığmayan davranışlarına adekvat reaksiya vermirsə, başqa yol qalmır. Vəziyyət hərbi büdcənin durmadan irəliləməsini önəmli edir və bunu etməklə Azərbaycanın müharibə ilə bağlı imkanlarını əsaslı şəkildə sübuta yetirir. Hərbi xərclərin konkret hansı rəqəmlərə qədər inkişafı haqqında hökumətin dəqiq bir vədi səslənməsə də, bu siyasətin qətiyyətli, prinsipial şəkildə aparılması deməyə əsas verir ki, hakimiyyət hərbi büdcəni ordumuzun bütün imkanları baxımından daha öncül mövqeyə çıxmasına qədər irəli aparacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB