“Təxribatların artıq sonu olmalıdır və biz inanırıq ki, bu belə də olacaq” ÖZƏL-MÜNASİBƏT

“Erməni təxribatı yenilik deyil. Erməni təxribatı illər boyu olubdur və bu təxribat nəticəsində də nəyəsə nail olmaq istəyiblər. Sadəcə, indi bu müəyyən təxribatların işlənməsində görünür ki, gücləri çatmır. Mən ölkə başçısının çıxışlarında izlədim ki, doğrudan da bizim çox hörmətli Prezidentimiz çox qətiyyətlə bəyan edir ki, onlar təxribat törətdilərsə, cavablarını da aldılar və bundan sonra da alcaqlar. Bu sözləri SİA-ya açıqlamasında "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə deyib.

İctimai Birliyin sədri qeyd edib ki, təxribatların doğrudan da artıq sonu olmalıdır və biz də buna artıq inanırıq ki, bu belə də olacaq.

“Əsrlər boyu bunları, bu erməniləri gətirib yerləşdirdilər, məskunlaşdırdılar. Azərbaycanlıların İrəvan xanlığını bunlar necə mənimsədilər və mənimsəyərək də özlərinə çıxdılar. Bunlarda bu xüsusiyyət var. Qarabağ məsələsində də yenə həmin ssenari gedirdi. Yenə də bunlar dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, bu torpaqlar guya bunların olub. Biz əslində bu vaxta qədər düşünürdük ki, belə mənimsəmə məsələsi ola bilməz. Çünki, bizim millət həmişə özgəsinin bir əşyasına, torpağına göz dikməyib indiyə qədər. Amma bu o demək deyil ki, bizə məxsus olan bu qədər torpaqları işğal etdikdən sonra indi də Tovuz tərəfdən bunların irəliləməsinə biz imkan verəcəyik. Naxçıvan tərəfindən də bunların iddiaları böyükdür. Ona görə mən düşünrəm ki, bizim öz gücümüzü göstərməyin də zamanıdır. Ali Baş Komandanın, Cənab Prezidentin bir əmri yetərlidir ki, torpaqlarımızı geri alaq və nə vaxt o əmr verilsə, dərhal torpaqlarımız işğaldan azad olunacaq. Mən özüm cavanlarımızın, gənclərimizin nə qədər vətənpərvər olduğunun və necə də hünərlə torpaqlarımızın azad olunmasına hazır olduğunun bu müddət ərzində şahidi oldum.

Mən düşünürəm ki, Rusiyanın da İranın da ermənilərə bu qədər dəstək durmalarının da bir sonu olmalıdır. Çünki, Rusiya özü də yaxşı görür ki, erməni heç zaman ikiüzlülüyündən əl çəkməyib. Məgər bunu Rusiya görmürmü? Rusiya çox yaxşı görür ki, bu gün ermənilər gah Avropaya, gah da Rusiyaya tərəf meyl edirlər. Bu yaxınlarda mən onların parlament iclasında erməni deputatların danışığına qulaq asdım. Bu zaman şahidi oldum ki, deputatlardan biri Rusiya ilə bir olmağın tərfdarı olduğunu deyir və etiraf edir ki, Ermənistanda olduqları üçün onlara, yəni ruslara borcludurlar. Hətta, bəs Qarabağ deyə sual olunduğu zaman, həmin deputat etiraf edir ki, Rusiya olmadan onlar Qarabağı bu vaxta qədər saxlaya bilməzdilər. Bilirsiniz, bunlar siyasi məqamlardır və mən düşünürəm ki, artıq Rusiya da yaxşı başa düşür ki, bu millət bir balaca boş buraxılsa, Rusiyanın özünə qarşı da çox işlər görər. Yəni bunlarda sadiqlik, sədaqət yoxdur. Ona görə də, mən belə düşünürəm ki, təxribat ermənilərin bir növ milli xüsusiyyətidir və bu hər zaman olacaqdır. Onlar hətta bu təxribatı özləri etmələrinə rağmən, dünya ictimaiyyətinə çatdırmağa çalışacaqlar ki, bu təxribatı Azərbaycan elədi. Biz əsrlər boyu bunun şahidi olmuşuq ki, bunlar təxribatı edir və sonra da kimlərinsə boynuna atırlar.
Mən düşünürəm ki, Cənab Prezidentimiz ATƏT-in Minsk Qrupunun ikili standartlar siyasətini çox gözəl şəkildə təsvir etdi. Həqiqətən də ikili standartlarla çıxış edən beynəlxalq qurum haqqı bir kənara qoyur ki, buna da qarşı çıxmaq lazımdır. Mən Avropa Birliyinin Şərq Şərəfdaşlığı Platformasının üzvüyəm və mən elə özüm Şərq Şərəfdaşlığı Platformasının üzvülərinə də müraciət edəcəm ki, belə məqamda bir Şərq Şərəfdaşlığı Platforması olaraq Azərbaycan Nümayəndəliyi öz narazılığını bildirməlidir”, deyə İradə Rzazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...