"Ermənistanın elektrik şəbəkələri" sistemi dağıdıldı - FOTO

Ermənistanın dövlət saytlarına kiberhücumlar davam edir. SİA vestikavkaza.ru-ya istinadən xəbər verir ki, bu gün “Ermənistanın elektrik şəbəkələri” saytı dağıdılıb. Bu sayt ( сайт «Элеткрических сетей Армении») respublikanın elektrik təchizatı operatoru olmaqla yanaşı, həm də mühüm strateji müəssisəsidir.

Saytda Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı və “Əgər erməni əsgəri ölmək istəmirsə, o Azərbaycan torpaqlarını tərk etməlidir” ifadəsi yer alıb.

Bildirilir ki, hakerlər yenidən ANTI-Armenia team olaraq həmin sayta abunə olublar. Bir müddət sonra isə adıçəkilən sayt Ermənistan baş nazirinin və nazirlər kabinetinin saytları kimi söndürülüb və fəaliyyəti dayandırılıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...