BDM “Metsamor”un fəaliyyətini dayandırmağa, bəşəriyyəti təhlükədən qorumağa çağırır

BDM “Metsamor”un fəaliyyətini dayandırmağa, bəşəriyyəti təhlükədən qorumağa çağırır

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat yayıb. BDM mətbuat xidmətindən SİA-ya daxil olan bəyanatda bildirilir ki, neçə illərdir dünya ictimaiyyəti Atom Elektrik Stansiyaları (AES) ilə bağlı həyəcan təbili çalaraq bütün ölkələri bu kimi stansiyaların tikintisini dayandımağa, bəşəriyyəti təhlükədən qorumağa çağırılır.

Dünya bu gün "Çernobıl" AES –də baş verən ağır qəzanı yaddan çıxarmamış, Yaponiyada baş vermiş zəlzələ nəticəsində "Fukusima" AES-də yaranmış qəzanın şokunu yaşamaqdadır. Yaponlar tərəfindən ən yüksək texnologiya ilə inşa edilmiş bu AES məlum zəlzələnin şiddətindən öz payını aldı. Mövcud Ermənistan Respublikasının yerləşdiyi ərazinin də seysmik təhlükəli zona olduğunu bildiyimiz halda buradakı "Metsamor" AES-in törədə biləcəyi geniş miqyaslı faciəni diqqətdən qaçırmamalıyıq.

O da məlumdur ki, Ermənistanın "Metsamor" AES-nın istismar müddəti 15 ildir ki, bitmişdir. Bu stansiyada baş verə biləcək hər hansı fövqəladə hadisə Azərbaycanla yanaşı Türkiyə, İran, Gürcüstan üçün çox böyük təhlükə yaradacaqdır. Avropa və dünyanın digər aparıcı dövlətlərində belə stansiyaların bağlanması və ya tikilməsinə qarşı geniş ictimaiyyət tərəfindən müqavimət göstərməkdədir. Belə olan halda real təhlükə mənbəyi olan, istismar müddəti keçmiş "Metsamor" AES-in fəaliyyətinin dayandırılması niyə beynəlxalq aləmin diqqətindən kənardadır?

Bəyanatda o da qeyd olunur ki, BDM bütün beynəlxalq təşkilatları, Ermənistanla qonşu ölkələrin ictimaiyyətinin aparıcı qüvvələrini "Metsamor" AES-in fəaliyyətinin dayandırılması üçün səfərbər olmağa və insanlığın növbəti faciə ilə üzləşməməsi üçün birgə mübarizəyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə