YAP Nəsimi rayon təşkilatı növbəti videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Gənclər Birliyinin üzvləri videokonfrans formatında görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, videokonfransı giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı hazırkı şəraitdə gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatı Şurasının üzvü, millət vəkili Fatma Yıldırım respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. O, ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini, gənclərin hərtərəfli inkişafına töhfə verdiyini, eyni zamanda, koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə YAP gənclərinin xüsusi fəallığını qeyd edib.

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov da gənclər adından irəli sürülən təklifləri səsləndirib.

Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı koronovirus pandemiyası şəraitində təşkilatın üzərinə düşən vəzifələrlə bağlı fikirlərini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə