“Biz inqlab etmədik ki, bizi cərimələsinlər, həbs etsinlər” Ben Avetisyan

Vacib suallara cavab almaq üçün buraya gəldik. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri aktyor Ben Avetisyan bu gün hökumət binası qarşısında keçirilən aksiya zamanı deyib.

“Bu gün hər kəsin ailəsini saxlamaq, təmin etmək kimi biri problemi var. Bu vacib suala cavab vermək lazımdır. Yalnız maska taxmaqla bitmir. Bu maska artıq bir qədər bəhanəyə çevrilib. Tənəffüs problemi olan insanların açıq havada maska taxa bilmələri barədə hələ indi, artıq dörd-beş aydan sonra deyirlər", deyə o etiraz edib.

Bir neçə nəfərin saxlanıldığı restoran biznesi nümayəndələrinin bugünkü etiraz mitinqinə toxunan aktyor suallarına cavab vermələrini tələb edib.

“Suala cavab almaq üçün insanlar buraya toplaşıblar. Biz inqilab etmədik ki, bizi tutub cərimələsinlər və ya həbs etsinlər", deyə Ben Avetisyan narazılığını gizlətməyib.
Aktyorla söhbət uzun sürməyib və kəsilib. Çünki polis onu etiraz aksiyası ərazisini tərk etməyə məcbur edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə