Sarukyan Bloku”nun keçmiş deputatlarının “ovuna” başlanıldı “Joxovurd”

Milli Təhlükəsizlik Xidməti "Sarukyan Bloku" fraksiyasından olan keçmiş parlament üzvlərini “ovlamağa” başlayıb. SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

Qəzet yazır ki, dünən, "Sarukyan Bloku" fraksiyasından olan keçmiş deputat Vanik Asatryanın həbs olunduğu barədə məlumat daxil olub. Nəşrin məlumatına görə, Milli Təhlükəsizlik Xidməti keçmiş və indiki deputatların evlərində və ofislərində axtarışları davam etdirir.

Qəzetin müxbiri ilə söhbətində “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Tiqran Stepanyan onun ofisində də axtarış aparıldığını qeyd edib.

“Ofis işləmir, seçkidən dərhal sonra bağlanılıb. Vərəqələri partiya üzvlərinin adları ilə ələ keçiriblər. Bizdə yalnız bu var idi", deyə Tiqran Stepanyan, Milli Təhlükəsizlik Xidmətinin hərəkətlərindən qorxmadığını bildirib.
Məlum olub ki, “Sarukyan Bloku” fraksiyasının keçmiş deputatları Məlik Manukyan və Hrant Davtyan da Milli Təhlükəsizlik Xidmətinin onlara gələcəyindən narahat deyillər.

"İstəyirlər, gəlsinlər, amma istəməsələr nə demək olar?", deyə Manukyan vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə