Türkiyə, Rusiya və İran dövlət başçıları arasında Zirvə görüşü keçirilib

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında Zirvə görüşü keçirilib. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Kremlin sözçüsü Dmitriy Peskov ölkə başçılarının videokonfransda Suriya məsələsini müzakirə edəcəyini məlumat verib.

Rusiya Prezidenti Putin bildirib ki, Rusiya, Türkiyə və İran Suriya məsələsində çox yol qət edib. O əlavə edib ki, bununla belə İdlibdəki bütün problemlər həll edilməyib və buna görə də ölkə başçıları Suriyada münaqişəli tərəfləri birləşdirmək üçün əlindən gələni etməlidir.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Rusiyaya yeni növ koronavirusdan həyatını itirənlərlə bağlı başsağlığı verib və bildirib ki, bu görüşün keçirilməsi çox vacibdir.

Türkiyə Prezidenti Suriyadakı vəziyyətin tezliklə stabilləşməsi üçün əllərindən gələni edəcəklərini bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...