Qənimət Zahid Əli Kərimlinin planlarını ifşa etdi

“Bizim işimiz hökuməti şərləməkdir”
Qənimət Zahid Əli Kərimlinin planlarını ifşa etdi

Bu gün radikal müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılığın, pataloji nifrətin hökm sürməsi, dövlətə və milli maraqlara qarşı durmaqla ideoloji boşluğu doldurmağa çalışması onların daxilindəki zəifliklərini nümayiş etdirən digər səbəblərin meydana çıxmasını şərtləndirir. Eyni zamanda, radikal müxalifətin nə üçün mübarizə apardığını və ya ölkədə hərc-mərclik ola biləcəyi təqdirdə hansı addımları atmaq lazım olduğunu belə anlamır. Yəni, ancaq siyasi sifariş həyata keçirən radikal müxalifət ölkədə demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə təkan verə biləcək qüvvə kimi deyil, sırf ölkənin xaosa sürüklənməsinə çalışan reneqatlar birliyidir. Elə, radikal müxalifətin daxilində siyasi reneqatların yer alması da onun nadir xüsusiyyətini üzə çıxarmış olur.

Radikal müxalifət "meymun metodu"ndan əl çəkməlidir...

Hazırkı vəziyyətdə radikal müxalifətin sivil müxalifət institutu kimi vəzifəsini yerinə yetirmədiyi reallıqdır. Kreativliyi və intellekti xarici qüvvələrin qrantlarına satmış radikal müxalifət bugünkü vəzifəsi kimi yalnız Azərbaycanın imicinə zərər vurmağı və uğurlarına kölgə salmağı görür. Bu isə onu göstərir ki, radikal müxalifət "terminatorluq" missiyasını üzərinə götürüb. Belə ki, bütün dünya COVİD-19 virusundan əziyyət çəkdiyi halda, ABŞ , Rusiya, Almaniya, Fransa, Çin, İtaliya, Böyük Britaniya və digər dövlətlər bu gözəgörünməz düşmənlə mübarizə apardığı bir məqamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında və düzgün atdığı addım, yeritdiyi siyasət nəticəsində ölkəmizdə bu virusuna yoluxma və ölüm halları xeyli azaldığı faktlarından narahaiçılıq keçirən radikal müxalifət iblis siyasətini nümayiş etdirməkdədir. Və ən maraqlı məqam isə, dünyanın inkişaf etmiş ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycandan nümunə götürməyə başladıqlarını və indi də bu prosesin davam etdiyini bildiridikləri halda radikal müxalifət virusları bu reallıqları nə görürü, nə eşidir və sosial şəbəkələrdən «mitinq, mitinq» deyə bağırırlar. Məqsəd öəllidir: Azərbaycanda xaos, anarxiya, özbaşnalıq yaratmağı bir vəzifə kimi qarşısına qoymuş Əli Kərimli iqtidara iftira, böhtan atmaqda hələ də davam edir.

“Milli Şura”nın növbəti “zoom” toplantısının sözün əsl mənasında qeybət və böhtan mərkəzi kimi tanınması prosesi bu dəfə də öz təsdiqini tapmış oldu. Ən maraqlısı isə, öz danışdıqlarını belə anlamayaraq əsl meymunluq etməklə, bir-birilərini təhqir edirlər. Məsələn, elə bu günlərdə AXCP sədri Əli Kərimlinin müavini Qənimət Zahidin “zoom” iclasda istər zarafat, istərsə də ciddi şəkildə işilərinin hakimiyyəti şərləməkdən ibarət olmasını deməsi müxalifət düşərgəsində də ciddi etiraza səbəb olub.

Hafiz Hacıyev: "Qənimət Zahid, görünür «kişilik» etmək istəyib, ancaq nə edirlərsə etsinlər hakimiyyətdə müəyyən şəxslərin “tryapka”sı, əlaltısı olduqlarını da unutmasınlar"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ömür boyu satqınçılığı "siasi fəaliyyət" sayan Kərimli Əlinin yanında elə satqın olduğunu deyərək bildirib ki, Qənimət Zahid, nəhayət ki, haqq yoluna gəlib reallıqları deyib: «Deyir zaman hər şeyi üzə çıxarır və hər kəs də gec-tez layiq olduğu cəzanı alır. 27 il "müxalifətdəyəm" deyənlərin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman, özü də dünyanı ağuşuna alan koronavirusun baş aldığı bir dövrdə elə üzə çıxardı ki, virus qaldı bir yana, AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Əli Kərimli başda olmaqla müxalifətin, xüsusilə də müsavatçılara qarşı söyüş və təhqirlərə yol vermələri ilə bir daha cəbhəçilərin nifrətini göstərdi və bu da boğazdan yuxarı “milli demokratların” siyasi məhvi olacaqının labudi idi».

H.Hacıyev sözügedən proseslərə münasibət bildirərək vurğulayıb ki, müxalifət partiyalarını “tryapka” adlandıraraq təhqir edən istər AXCP sədri Kərimli Əli, istərsə də elə həmişə trayapka olan "Milli Şura" sədri yox, "Yurd" şefinin sədrinintraypkası olan Cəmil Həsənlinin danışdıqları elə onun tryapka olmasıdır, "ağılının" göstəricisidir: "Hələ çox həqiqətlər üzə çıxacaq. İstər Cəmil Həsənli, istər Qənimət Zazid, istərsə də digərləri həmişə qrantlara görə idarə olunublar. Çünki bu mənəviyyatsızlar nə cəmiyyətdə, nə də siyasi meydanda yox kimidirlər. İllər böyu mənasız hücumları olub və artıq hakimiyyətə gəlmək eyforiyasının sıfıra endiyi bir vaxtda bir-birinə hücuma keçmələri və "əqidələrini" nümayiş etdirmələri qeyr-möcüzə doğuran hadisə deyildi. Bir trayapka olan və "Milli Şura" deyilən satqınlar qurumunda olanlar, ancaq bolşevizim təfəkküründə olmalıdırlar. Və təhqir, söyüşlərlə "varlıqlarını" nümayiş etdirməlidirlər. Necə deyərlər, bu əxlaqsızlar "qaş düzəltdikləri yerdə, vurub o kor gözlərini də çıxardılar". Nəticədə onların yanlış siyasəti müxalifətdəkilərin də hissiyatına toxunur".

H.Hacıyev onu da bildirib ki, radikal düşərgə təmsilçilərinin fəaliyyətləri 27 ildir ki, məhz bundan ibarətdir: “Onlar yalnız hakimiyyəti deyil, xalqı da şərləyirlər və həqiqətən də xalqa pislik arzulayandırlar. Bu insanlara nəinki hakimyyəti, ümumiyyətlə heç nəyi etibar etmək olmaz. Düşünürəm ki, əgər Q.Zahid və digərləri artıq nə danışdıqlarının fərqinə varmırlarsa, demək ki, onlar daha betər virusa yoluxublar. Hətta deyərdim ki, koronavirus ən böyük zərbəni məhz onlara vurdu".

H.Hacıyevin fikrincə, Azərbaycanda olan sağlam müxalif qüvvələr də bu məsələyə münasibət bildirməlidirlər: "Bunlar niyə susublar, çox maraqlıdır. Özünüz də gördünüz ki, Eldəniz Quliyev də bu adamlardan ayrıldı. Həmişə haqqı deyib, bunların kimliyini açıb ortaya qoymuşam. Bizim bəzi insanlar bunlara aldandılar, elə bildilər Amerikaya satılmış adamı gətirib prezident edəcəklər və Gültəkin Hacıbəyli kimi mənəviyyatzız, rəzil, satqın Azərbaycanın Xarici İşlər Naziri olacaq. Bunlar gördülər ki, yanılıblar, xalqımız ağıllıdır, hər şeyi gözəl başa düşür. Ona görə də bu cür insanlara qarşı çox sərt şəkildə mövqeyimizi bildirməliyik. Düşünürəm ki, belə bir insanın bundan sonra Azərbaycana gəlməsinə imkan verilməməlidir. Hər halda mən yaxın günlərdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək onların fəaliyyətlərinin yoxlanılmasını xahiş edəcəm. Eldəniz müəllim də çox sağ olsun ki, indi hər şeyi başa düşdü. Deyir ki, “kor atın da elə kor nalbəndi olacaq”. Kərimli Əli, Həsənli Cəmil, Qənimət Zahid kimi satqınların komandası da özünə oxşayacaq”.

İqtidarın uğuru - radikalların iç üzü…

Göründüyü kimi, hələ çox faktlar üzə çıxacaq. Doğrudur, xalqımız 2003-cü ildən büu günə kimi «müxalifət» deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlavrını bilirdi. Və bu gün son 17 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünayını ağuşuna alan koronavirusa qarşı mübarizədə ancaq vətəndaşların sağlamlığının prioritet olduğunu deyərək dövlət başçımız "Biz birlikdə güclüyük" şüarı ilə bütün uğurlu addımları atdığını xalqımız görürü və öz liderinə inanır. Və Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları müxalifəti təşvişə salıb. Radikal fikirli , “görkəmli hüquqşünas“, millət fədaisi” Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən, mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və Sevinc Osmanqızı və digərləri bu çıxışa siyasi don geyindirməyə, heç kimin başa düşmədiyi siyasətdən danışmağa başlayıblar. Azərbaycanın hər bir uğuru, möhtərəm Prezidentimiz İlham Əliyevin hər qələbəsi müxalifət “qəhrəmanlarının” kürkünə birə salıb.

Qeyd etdiyimiz kimi, həmin antimilli ünsürlər Azərbaycanda pandemiyanın təsirlərinin minimuma endirilməsi yönündə atılan addımları görməzdən gəlir, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa cəhdlər edirlər. Məsələn, tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində reallaşdırılan tədbirləri fərqli formada ictimai rəyə təqdim etməyə çalışan Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Qənimət Zahid kimi dağıdıcılar vətəndaşları qanunlara qarşı çıxmağa çağırır, yalan məlumatlarla – dezinformasiyaya əsaslanan çağırışlarla təşviş yaratmağa çalışırlar. İctimai fikri manipulyasiyaya məruz qoymağa çalışan dağıdıcılar qanunun tələblərinin pozulmasına haqq qazandırmağa çalışmaqla öz anarxist və antimilli simalarını bir daha ortaya qoyurlar. Əslində özləri də yaxşı bilirlər ki, xalqımız ölkə daxilindəki bu antimilli ünsürlərin əsl niyyətlərini görür və onların yalanlarına qətiyyən inanmırlar.

Və sonda bir faktı bir daha vurğulamaq istərdim: "Azərbaycan saatı"" kanalının "HÜSEYN AŞİQİ" adlı moderatoru Q.Zahidin canlı yayımlarını bəyənib paylaşmayanları "şərəfsiz” adlandırır. Hətta hərdən daha irəli gedərək xalqı da təhqir edir. Belələrindən bundan savayı bir şey də gözləmək mümükünsüzdür. Çünk bolşevizm təfəkkürlü bu satqınlar özləri də deyir ki, yalnız təhqirlə danışmaq, məhz savadsız, əxlaqdan və tərbiyədən kənar olanları tapıb partiyaya cəlb etmək lazımdır. Belə olan halda, Qənimət Zahid kimi əxlaqsızın hakimiyyəti şərləməyi "qəhrəmanlıq" sayırsa belələrini bu virusun qurbanına çevrilməsi labüddür. Və bu gün Qənimət Zahidin "Bizim işimiz hökuməti şərləməkdir” etirafını etməsi ilə bir daha reallıqda birbaşa düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə